Nazir müavini: Müasir suvarma az su sərfi, su itkisinə yol verməmək və resursların səmərəli istifadəsidir VİDEO
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 1 oktyabr, AZƏRTAC
İqlim dəyişikliklərinin təsirləri hər sahəyə aiddir və kənd təsərrüfatı bu baxımdan xüsusi önəm daşıyır. Bu sahədə həm beynəlxalq tərəfdaşlarımız, həm də ölkəmizdə fəaliyyət göstərən dövlət qurumları bir platformada görüşərək təcrübə və tövsiyələrini bölüşürlər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
İlhamə Qədimova bildirib ki, Azərbaycanda quraqlıqların artması ərzaq təhlükəsizliyinə və kənd təsərrüfatında məşğulluğa təsir edən mühüm amildir. "Bu səbəbdən ölkədə müasir suvarma sistemlərinin təşviqi aparılır və fermerlər subsidiyalarla dəstəklənir. Müasir suvarma az su sərfi, su itkisinə yol verməmək və resursların səmərəli istifadəsi deməkdir. Texnologiyanın tətbiqi də kənd təsərrüfatında əhəmiyyətlidir. Bu yanaşma fermerlərin iqlim dəyişikliyinə uyğunlaşmasını və məhsuldarlığın artırılmasını təmin edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 01 Oktyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















