Icma.az
close
up
RU
Nazir müavini: Sosial şəbəkələrdə yerləşdirilən kontent tərbiyəvi xarakter daşımır

Nazir müavini: Sosial şəbəkələrdə yerləşdirilən kontent tərbiyəvi xarakter daşımır

Son dövrlərdə müasir texnologiyaların inkişafı nəticəsində sosial şəbəkələrdə yerləşdirilən kontent tərbiyəvi xarakter daşımır. Uşaqlar humanizmə aid olmayan, ziyanlı istiqamətlərə yönəldilirlər.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə iki milyona yaxın təhsilalan və təhsilverən var:

"Təhsilin qarşısında çox mühüm vəzifələr durur və biz bu vəzifələri dərk edirik. Dini maarifləndirmədə təhsilin mühüm əhəmiyyəti var. Ölkəmizdə müxtəlif dinlərə hörmət edilir. Təhsil proqramlarında, standartlarında daha çox humanizmə yer verilir. Həyat Bilgisi, Ümumi Tarix fənlərində bu mövzulara yer ayrılır, ali məktəblərdə multikulturalizm mövzusu önəm kəsb edir".

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:101
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri