Icma.az
close
up
RU
Nazir müavini: Təhsil kreditlərindən faydalananların 62 faizi qızlardır

Nazir müavini: Təhsil kreditlərindən faydalananların 62 faizi qızlardır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 10 iyun, AZƏRTAC

İndiyədək Təhsil Tələbə Krediti Fonduna təhsil tələbə krediti (TTK) üçün 70 minə qədər müraciət daxil olub. Onlardan 57 minə yaxını rəsmiləşdirilərək gənclərin təhsilə çıxışı təmin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.

Nazir müavininin sözlərinə görə, həmin kreditlərin 35 faizi sosial, 65 faizi isə standart TTK üzrə rəsmiləşdirilib.

“Qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62 faiz paya sahib olması, eyni zamanda, sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi, dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir. Fondun vəsaitləri hesabına təhsil almış və geri ödənişi başlayan məzunların əksəriyyəti rəsmi müqavilə əsasında əmək fəaliyyətinə cəlb olunub. Bu gün gənclərin təhsilə əlçatanlığı təmin olunur, işəgötürənlər isə kredit öhdəliyi olan gənclərə layiqli iş yerləri təklif edir və beləliklə, qarşılıqlı fayda doğuran əmək bazarı formalaşır. Sevindirici haldır ki, geri ödənişə başlayan 5379 məzunun 73 faizi rəsmi əmək fəaliyyəti ilə məşğuldur. Ən çox TTK rəsmiləşdirilmiş ali təhsil müəssisələri üzrə göstərici Azərbaycan Dövlət İqtisad Universitetində 83 faiz, Azərbaycan Texniki Universitetində 82 faiz, Gəncə Dövlət Universitetində isə 59 faizdir. Eyni zamanda Biznesin idarə edilməsi ixtisası üzrə məzunların 85 faizi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 52 faizi, İqtisadiyyat ixtisası üzrə isə 75 faizi işlə təmin olunub. Bu rəqəmlər göstərir ki, dövlətin təhsilə dəstəyi ilə formalaşan gənclər əmək bazarına uğurla inteqrasiya olunur.

Cari tarixə TTK almış və məzun olmuş ümumi tələbə sayı 9000-ə yaxındır. Geri ödəmə dövrü başlamayan məzunlar isə hazırda ilkin müqavilə şərtlərinə və Qaydaya uyğun olaraq güzəşt, onlardan bəziləri isə möhlət dövründədir”, – deyə Kənan Kərimzadə qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri