Icma.az
close
up
RU
Nazir müavini: Yeni qanun zəruri müdafiə mexanizmidir VİDEO

Nazir müavini: Yeni qanun zəruri müdafiə mexanizmidir VİDEO

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

16 yaşı tamam olmayan uşaqlar yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə fərdi hesab yarada bilməyəcəklər.

Prezident İlham Əliyev bununla bağlı qanunun tətbiqinə dair Fərman imzalayıb. Yaş məhdudiyyəti tətbiq ediləcək sosial şəbəkələrin siyahısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beş ay ərzində müəyyən ediləcək. Qanunun əsas müddəaları dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək. Bu müddətdə platformalar yaşın yoxlanılması, valideyn nəzarəti və uşaqlar üçün təhlükəsiz istifadə rejiminin yaradılması ilə bağlı texniki imkanları təmin etməlidirlər.

Hurriyyet.Media -nın  məlumatına görə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirir ki, əsas təhlükə yalnız uşaqların ekran qarşısında keçirdiyi vaxt deyil. Zərərli məzmunlar, manipulyativ alqoritmlər və fərdi məlumatlardan kommersiya məqsədilə istifadə də ciddi risk yaradır. 16-18 yaşlı uşaqlar yalnız qanuni nümayəndələrinin razılığı ilə hesab yarada biləcəklər. Valideynlər xüsusi nəzarət paneli vasitəsilə uşağın sosial şəbəkədən istifadə vaxtını, görə biləcəyi məzmunları və reklamları idarə edəcəklər.

Yeni qaydalara əsasən, uşaqların hesablarında sonsuz sürüşdürmə, videoların avtomatik oynadılması və asılılıq yaradan digər mexanizmlər qadağan ediləcək. Platformalar uşaqların fiziki və psixi sağlamlığına zərər vuran məzmunların və reklamların qarşısını almalıdır. Geolokasiya məlumatlarının əlçatanlığı məhdudlaşdırılacaq, zərərli məzmun aşkarlandıqda isə ən gec 24 saat ərzində müdaxilə edilməlidir. Yaşın yoxlanılması üçün təqdim edilən bank kartı, mobil telefon və elektron poçt məlumatları başqa məqsədlə istifadə oluna bilməz. Yoxlama başa çatdıqdan sonra həmin məlumatlar silinməlidir.

Qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud hesablara giriş də məhdudlaşdırılacaq. İstifadəçinin 16 yaşını tamamladığı təsdiqlənməsə, hesab və fərdi məlumatlar silinəcək.

Rəşad Həsənovun sözlərinə görə, qanun zəruri müdafiə mexanizmidir. Amma uşaqların sosial şəbəkələrdə təhlükəsizliyi dövlət qurumları, platformalar, məktəblər və valideynlərin birgə fəaliyyəti ilə təmin oluna bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Avqust 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri