Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Nazir müavini Zaur Əliyev Ağcabədidə fermerlərlə görüşüb

Nazir müavini Zaur Əliyev Ağcabədidə fermerlərlə görüşüb

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Respublikada taxıl biçini davam edir. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Ağcabədi rayonunda taxıl biçininin təşkili prosesini izləyib.

Bu il Ağcabədi rayonunda 37442 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 22527 hektarını buğda, 14915 hektarını arpa sahələri təşkil edir. Rayonda biçin prosesində 40 kombayn iştirak edir. “Aqroservis” ASC taxıl biçininə 30 kombayn dislokasiya edib. Bunlardan 10-u fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır.

Artıq rayon üzrə taxıl zəmilərin 15 faizində biçin başa çatıb. Başqa sözlə, bugünədək 5599 hektar sahədə biçin yekunlaşıb, sahələrdən 21069 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq bu günə 37,6 sentner təşkil edir.

Nazir müavini Zaur Əliyev rayonun Təzəkənd kəndindəki Mirzə Ələkbər Sabir adına “Elit” toxumçuluq kəndli-fermer təsərrüfatında taxıl biçini prosesində iştirak edib, yerli fermerlərlə görüşüb, biçinin sürətli və itkisiz təşkili üçün görülən işlər barədə məlumat verib. Təsərrüfatın qanuni təmsilçisi Sənan Şıxəliyev bildirib ki, 8 ha sahədə Avstriyanın “Finola” arpa sortu, 3 ha sahədə “Qobustan” buğda sortu əkilib. Fermer qeyd edib ki, biçin aparılan 4 ha sahədə arpa tirə üsulu ilə əkildiyindən və yüksək bitiş alındığından sahədən orta hesabla 62-63 sentner məhsul götürdüklərini bildirib. Fermer bu il yağıntılı hava şəraitinə görə təsərrüfatın digər sahələrindən orta hesabla 45-50 sentner məhsul gözlədiklərini vurğulayıb. 

Fermer Sənan Şıxəliyev kəndli fermer təsərrüfatının 1998-ci ildən fəaliyyət göstərdiyini, təsərrüfatda görkəmli seleksiyaçı alim Cəlal Əliyevin yaratdığı “Əzəmətli”, “Qiymətli”, “Əkinçi”, “Ruzi-84” və digər taxıl sortlarının əkilib becərildiyini, respublikanın digər bölgələrinə geniş yayıldığını diqqətə çatdırıb. O əlavə edib ki, təsərrüfata məxsus digər sahələrdə növbəli əkinə uyğun olaraq müxtəlif kənd təsərrüfatı bitkiləri əkilib. 

Fermerlərlə müzakirələrdə taxılçılığın, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması, düzgün toxum seçimi, sertifikatlı toxumlardan istifadənin əhəmiyyəti, gübrə normaları, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına riayət edilməsi, yeni becərmə üsulları, dövlət dəstəyi mexanizmləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Aqrar sahənin inkişafı ilə bağlı fermerlərin təklifləri qeydə alınıb, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, artıq payızlıq əkin sahələrinin 20 faizində, 194 020 hektar sahədə biçin yekunlaşıb. Sahələrdən 584 354 ton arpa, 54 192 ton buğda yığılıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 32,6 sentner, buğda üzrə isə 36,6 sentner təşkil edir.

Respublikanın rayonlarında intensiv biçin prosesi davam edir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri