Icma.az
close
up
RU
Nazir müavinin atlarının ayaqları altında məhv edilən yaşıllıq Ekologiyamıza elə baş ekoloqlar qənim kəsilir

Nazir müavinin atlarının ayaqları altında məhv edilən yaşıllıq Ekologiyamıza elə baş ekoloqlar qənim kəsilir

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hər il yaz fəsli başlayandan Xocasən qəsəbəsi ərazisində Abşeron yarımadasının iqliminə uyğun minlərlə Eldar şamı, zeytun, küknar, badam ağacları əkdirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın yaxından dəstəyi ilə Xocasən gölü ətrafında “yaşıl koridor” yaradılması üçün həyata keçirilən tədbirlərə ictimaiyyət nümayəndələri, dövlət və özəl təşkilatlar, təbiətsevərlər qoşulurlar.
Ümumiyyətlə, mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağacların əkilməsi planlaşdırılır ki, bu xüsusda yamaclarda terraslar hazırlanacaq, ağacların ətrafı təbii sutoplayıcı formaya salınacaq və yağış sularının ağaclara yönləndirilməsi mümkün olacaq. Bununla torpaq eroziyasının qarşısı alınacaq, torpağın hava, su keçiriciliyi və münbitliyi artacaq, nəticədə daha yüksək bitiş faizi əldə ediləcək, eləcə də həmin sahədə suvarma suyuna qənaət edilmiş olacaq.
Lakin təbiətsevərlər saydığını saysın, nazir müavinləri, yüksək çinli məmurlar da öz saydıqlarını. Xocasəndəki bir neçə hektar ərazidə salınan zeytun bağı yaxınlıqda qurulmuş atçılıq təsərrüfatına qurban verilir. Atlar sərbəstcə bağa girib zeytun ağaclarını yeyib-dağıdırlar. Təxminən bir ay əvvəl bu acınacaqlı vəziyyəti əks etdirən video-görüntüləri ETSN İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İradə xanım İbrahimovaya göndərmişdik. Bir müddət sonra İ.İbrahimova artıq atların çıxarıldığını bildirərək, yalnız zeytunluğun şəkillərini bizə cavab kimi göndərmişdi.
Öz növbəmizdə araşdırmamızı davam etdirərək, ETSN-nin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin xidməti ərazisində olan zeytunluğa cavabdeh olan ASC-nin sədr müavini Söhrab Abbasovla əlaqə saxlayıb nəzarətsizliyin səbəbini soruşduq. Çünki ay ərzində ikinci dəfə idi ki, eyni halı müşahidə etmişdik. Cavab verdi ki, atçılıq ferması nazir müavinlərindən birinindir, bu işin “başını buraxmağımız” məsləhətdir. Adını çəkdiyimiz İradə İbrahimovanı isə heç saya almadı, dedi ki, onun tanıdığı mətbuat xidmətinin rəhbəri başqa adamdır. Başa düşdük ki, Zöhrab rəsmən bağa baxmaqla vəzifələndirilsə də, əslində işi bağbanlıq deyil, at otarmaqdır. Muğayat olması lazım – quyruğunu kəsməsinlər.
Belə-belə işlər!.. Atları hələlik qovub, zeytun ağaclarının şəkillərini çəkəndən sonra yenidən qaytarıblar. Bu problemin ən dürüst həlli fermanı bağdan uzaq salmaqdır.

Nyus.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Mart 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri