Icma.az
close
up
RU
Ekologiyamıza daha bir töhfə

Ekologiyamıza daha bir töhfə

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Müasir dövrdə elm inkişaf etdikcə bütün sahələrdə ən qaranlıq mətləblərə də aydınlıq gəlir. Yəni zaman keçdikcə insan ətrafındakı və təmasda olduğu canlı aləm haqqında daha çox məlumatlı olur. Elə həyatımızda gündəlik yemək tələbatına çevrilən balıqları götürək. Bəlkə də əsrlər boyu insanlar balıq ovu ilə məşğul olmuş, lakin qida mənbəyi kimi istifadı etdikləri balıqların inkişaf tarixi, bədən quruluşu, cinsi, yayılma coğrafiyası barədə məlumatlı olmamışlar.

Bəs indi təbiətin canlı aləminin ayrılmaz hissəsi olan balıqlar haqqında nə bilirik?

Müəlliflərdən R.V.Hacıyev, M.M.Axundov, Ə.N.Tağıyev və Ç.A.Məmmədovun tərtibatı əsasında Bakı Dövlət Universiteti Elmi Şurasının 29 dekabr 2023-cü il tarixli iclasının qərarı ilə işıq üzü görən “İxtiologiya” kitabı bu suala cavab baxımdan mühüm əhəmiyyət kəsb edir. Ali məktəblərin bakalavr pilləsi üçün dərslik kimi nəzərdə tutulan bu kitab biologiya fakültəsinin tədris planına uyğun tərtib edilib. Belə ki, “Biologiya müəllimi” ixtisası üzrə ixtisaslaşan bakalavrlar üçün “İxtiologiya” fənni ilə bağlı mühazirələri özündə əks etdirir.

AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, prof. R.Y.Qasımovun elmi redaktası ilə həyata vəsiqə alan dərsliyə Biologiya elmləri doktorları N.C.Mustafayev, A.A.Manafov və Biologiya elmləri namizədi, dosent S.Ş.Süleymanov elmi rəy vermişlər.

“İxtiologiya” kitabı Giriş hissəsi olmaqla iki bölmədən ibarətdir. Giriş hissəsində tərtibçilər göstərirlər ki, İxtiologiya yunan sözü olub balıqlar haqqında elm deməkdir. Başqa sözlə desək, balıqların xarici əlamətlərini və daxili quruluşunu, fərdi inkişaf tarixini (təkamülünü), növlərini, cinslərini və yayılma coğrafiyasını öyrənir. İxtiologiyanın inkişafının qısa tarixindən mühüm məqamları diqqətə çatdıran müəlliflər Azərbaycanda bu sahənin inkişafını Xəzər dənizinin öyrənilməsi ilə əlaqələndirirlər: Azərbaycanda ixtiologiyanın inkişafına Xəzər dənizinin öyrənilməsi ilə əlaqədar aparılan ekspedisiyaların böyük təsiri olmuşdur. Belə ekspedisiyalar 1953-1956-cı illərdə akademik K.M.Berin, 1974-1976-cı illərdə O.A.Qrimmin, 1904, 1912-1913, 1914-1915-ci illərdə N.K.Knipoviçin rəhbərliyi altında aparılmışdır. Bu ekspedisiyalarda daha görkəmli alimlər iştirak etmişlər. N.K.Knipoviçlə birlikdə işləmiş alimlər ixtiologiyanın müxtəlif sahələri üzrə zəngin materiallar toplamışlar. Bu materiallar əsasında Xəzər siyənəkləri haqqında bioloji, daha sonralar isə onların təsnifatı, coğrafi yayılması və ovu haqqında məlumatlar həmin illərdə yazılmış əsərlərdə işıqlandırılmışdır...

Eyni zamanda göstərilir ki, Azərbaycanda ixtiologiyanın inkişafı həm də tək-tək alimlərin ekspedisiyalararası müddətdə respublikanın şirin sularının öyrənilməsi ilə əlaqədardır. Belə ki, 1888-ci ildə N.A.Varqoxovski Kür, Araz, Lənkəran-Astara çayları və göllərindən balıq kolleksiyası toplamış və 1892-ci ildə yazdığı əsərində onların növ tərkibini dəqiqləşdirmişdir. Bütün bunların məntiqi nəticəsi olaraq 1912-ci ildə Bakıda A.N.Deryovin tərəfindən Zaqaqaziyada ilk dəfə olaraq ixtioloji elmi-tədqiqat laboratoriyası və sonralar respublikanın müxtəlif su hövzələrində onun müşahidə məntəqələri yaradılır.

“Ümumi ixtiologiya” adlı birinci bölmədə əsasən balıqların quruluş icmalı verilir. Eyni zamanda bu bölmədə tələbələr balıqların dərisi və onun törəmələri, əzələləri, daxili orqanları, həzm sistemi, tənəffüs orqanları, qan-damar sistemi, sinir sistemi, növdaxili əlaqələri, qidalanmanın regional xarakterləri, yağlılığı və dolğunluğu, nəsil verməsi, yaşı və.s barədə ətraflı məlumat alırlar. Belə ki, balıqların yaşının təyin edilməsi ilə bağlı qeyddə deyilir: “Balıqların yaşının təyin edilməsində əsasən onların pulcuqlarından istifadə edilir. Pulcuqda hər il əmələ gələn halqaların sayı balığın yaşını göstərir. Bu, balığın qidalanma və böyümə şəraitinin müxtəlifliyi ilə əlaqədardır”.

Kitabın ikinci bölməsi, “Xüsusi ixtiologiya” adlanır. Bu bölmədə əsas məqsəd ixtiologiyanın zəngin növ müxtəlifliyini tətqiq etməkdir. Belə ki, balıqların qığırdaqları, akulaları, bütövbaşlıları, sümüklü balıqları, skatları, kürəküzgəcliləri, pəncəüzgəcliləri, yeniüzgəcliləri və s. növləri təqdim olunur. Hər növ balığın spesifik xüsusiyyətləri diqqətə çatdırılır.

İxtiologiya elmi haqqında oxucularda daha geniş təsəvvür yaratmaq üçün dərslikdə tədqiq olunan balıqların şəkilləri də verilib.

“İxtiologiya” kitabı balıq aləminin bütün incəliklərini ortaya qoyur. Kitab ali təhsil müəssisələrinin uyğun fakültələrində təhsil alan bakalavrlar və magistrlər üçün orijinal struktura malik dərs vəsaiti olsa da, həmçinin elmi işçilər üçün mühüm əhəmiyyət daşıyır. Fikrimcə hidrobiologiya, balıqların embriologiyası və fiziologiyası, ekologiyası, balıqçılıq və akvakultura mütəxəssisləri bu dərslikdən fadalanacaqlar.
Bir sözlə, “İxtiologiya” kitabı ekoloji təbliğat və maarifləndirmə baxımından Bakıda keçirilən COP29 eynəlxalq Sammitindən irəli gələn vəzifələrin həyata keçirilməsində dəyərli töhfə və elmi mənbədir.

Bəxtiyar Hüseynov,
1 saylı Regional Ekologiya və
Təbii Sərvətlər İdarəsinin əməkdaşı,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri