Nazir: Plastik cərrahların siyahısından kənarda qalanların öz ixtisasları çərçivəsində əməliyyatlar etməsinə icazə verilib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Məlumdur ki, plastik cərrahlarla bağlı xüsusi təftiş komissiyası yaradılıb, bu komissiyanın işi nəticəsində ölkə ərazisində plastik, estetik cərrah kimi fəaliyyət göstərən 42 cərrah müəyyən edilib”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, bu siyahıdan kənarda qalan digər cərrahlar üçün öz ixtisasları çərçivəsində plastik və rekonstruktiv cərrahiyyə əməliyyatları etməyə icazə verilib: “Bu məsələ qanun çərçivəsində həllini tapıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 May 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















