Icma.az
close
up
RU
Nazir: Qlobal səviyyədə səhiyyə işçiləri çatışmır

Nazir: Qlobal səviyyədə səhiyyə işçiləri çatışmır

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Həkimlər, tibb bacıları təkcə tibbi xidmət göstərənlər deyil, həm də sağlam cəmiyyətin sütunlarıdırlar.

Bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində "İqlim dəyişikliyinin sağlamlıqla bağlı təsirlərinə hazırlıq və müdaxilə üçün səhiyyə işçi qüvvəsinin inkişaf etdirilməsi" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, səhiyyə mütəxəssislərinin hazırlanması uzun və baha başa gələn prosesdir və qlobal səviyyədə səhiyyə işçilərinin çatışmazlığı mövcuddur:

"Bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, Azərbaycanda da əsas problemlərdən biri kənd yerlərində həkim və tibb bacılarının çatışmazlığıdır. Problem hər hansı effektiv səhiyyə sisteminin əsasını təşkil edən ilkin səhiyyə xidmətində icma səviyyəsində xüsusilə aktualdır".

T.Musayev bildirib ki, iqlimədavamlı səhiyyə işçilərinin inkişafı tibbi təhsil islahatı, aspirantura təhsili və ucqar ərazilərdə tibb mütəxəssislərini saxlamaq üçün məqsədyönlü strategiyalar daxil olmaqla bir çox aspektləri əhatə edir:

"Bura həmçinin səhiyyə işçilərini təmin olunmayan bölgələrdə yaşamağa və işləməyə həvəsləndirmək səyləri də daxildir. Bu, təkcə strateji planlaşdırma məsələsi deyil, həm də insan hüquqları məsələsidir. İnsanlar sağlamlıq ehtiyaclarının ödənildiyi təhlükəsiz şəraitdə yaşamağa layiqdirlər".

Nazir vurğulayıb ki, iqlim dəyişikliyinin sağlamlığa təsirlərinin azaldılmasına üstünlük verilməlidir:

"Əsas fəaliyyətlərə aşağı karbonlu, dayanıqlı səhiyyə sistemlərinin qurulması, "yaşıl xəstəxanalar"ın inkişafı və iqlimədavamlı səhiyyə işçilərinin hazırlanması daxildir. Bunlar davamlı və sağlam gələcəyin vacib komponentləridir. İqlim və sağlamlıq fəaliyyətlərində davamlılığın təmin edilməsi sağlamlığın iqlim gündəliyinin əsas hissəsinə daxil edilməsi üçün çox vacibdir. İqlim gündəmi indi səhiyyə gündəmindən ayrılmazdır".

T.Musayev qeyd edib ki, iqlimdavamlı səhiyyə işçi qüvvəsinin inkişafı mürəkkəb və çoxşaxəli vəzifədir:

"Bu, intensiv təlimlərin keçirilməsini, tibb işçilərinə sosial və iqtisadi dəstəyin göstərilməsini, məlumatlılığın artırılmasını və müxtəlif digər tədbirlərin həyata keçirilməsini tələb edir. Bu məqsədə nail olmaq üçün vaxt və davamlı maliyyə tələb olunur. Bununla belə, milli və beynəlxalq tərəfdaşların əməkdaşlığı ilə xalqımız üçün daha sağlam, daha davamlı gələcək qurmaqda uğur qazana biləcəyimizə əminəm".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri