Icma.az
close
up
RU
Nazir: STEAM tələbələrə yaşıl enerji ilə bağlı yeni layihələr üzərində işləməyə imkan verir

Nazir: STEAM tələbələrə yaşıl enerji ilə bağlı yeni layihələr üzərində işləməyə imkan verir

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Biz iqlim təhsilini inkişaf etdirməyə və gələcəyə hazır yaşıl dayanıqlılığı qurmağa tam sadiqik".

APA xəbər verir ki, bunu COP29-da Təhsilin yaşıl inkişafı və iqlim savadlılığı metrikasının təkmilləşdirilməsi üzrə nazirlər dəyirmi masası - Təhsilin Yaşıl İnkişafı Tərəfdaşlığının 2-ci illik toplantısında elm və təhsil naziri Emin Əmrullayev deyib.

"İqlim dəyişikliyinə qarşı mübarizə aparmalıyıq. Bu böhran hər bir millətə, bütün cəmiyyətə, bir sözlə, hər birimizə toxunur. Pedaqoqlar, liderlər və vətəndaşlar olaraq gələcək nəsli bu çağırışa nəzarət etmək üçün lazım olan bilik, bacarıq və dəyərlərlə təchiz etmək bizim borcumuzdur. Təhsil anlayışa aparan yoldan daha çox şeydir. Bu, mənalı dəyişiklik və möhkəmlik mexanizmidir. Azərbaycan COP29-un bu əlamətdar toplantısına ev sahibliyi etməkdən şərəf duyur. İqlim dəyişikliyi bizim üçün uzaq bir narahatlıq deyil, bu, bir reallıqdır. Artan temperatur, dəyişən hava şəraiti və su ehtiyatları problemlərdə həllində bizə missiyamızın aktuallığını xatırladır. Bu aktuallıq bizi gələcək nəsilləri gələcəyə hazırlayaraq, iqlim təhsilini təhsil sistemimizin əsasına qoymağa sövq edir", - deyə nazir söyləyib.

O həmçinin qeyd edib ki, Azərbaycanda son altı ildə iqlim dəyişikliyi və ekoloji maarifləndirmənin milli kurrikuluma inteqrasiyasını təmin etmək üçün addımlar atıb:

"Məsələn, coğrafiya kurrikulumu standartlarımızın 25%-dən çoxu birbaşa iqlim sistemləri və davamlılıq ilə bağlıdır. Bu hərtərəfli yanaşma tələbələrimizə insan fəaliyyətinin ətraf mühitə təsirini, bərpa olunan resursların əhəmiyyətini və ekosistemimizi qorumaq yollarını anlamağa kömək edir. STEAM təhsil proqramımız tələbələrə yaşıl enerji, davamlılıq və yeni texnologiyalarla bağlı yeni layihələr üzərində işləməyə imkan verir. Bizim illik STEAM Azərbaycan festivalımız bu yanaşmanın gözəl nümunəsidir. O, Azərbaycandan və digər ölkələrdən olan gənc innovatorları yaşıl enerji, davamlı həllər və ətraf mühit problemlərinə yönəlmiş yaşıl sxemdə bir araya gətirir”.

Nazir deyib ki, tələbələr iqlim dəyişikliyinin zərərli təsirləri, eləcə də emissiyaları və digər zəruri anlayışlar barədə məlumatlı olmalıdırlar.

"Biz tələbələrimizin karbon emissiyaları, eləcə də iqlim dəyişikliyinin qarşısının alınması üçün zəruri tədbirlər barədə məlumatlılığını təmin etməliyik. Onlar həm regionda, həm də dünyada baş verən iqlim proseslərindən xəbərdar olmalıdırlar. Tələbələr karbon emissiyalarının nə olduğunu bilməlidir. Bu məlumatlar onlara mərhələli şəkildə verilməlidir. İlk mərhələdə tələbələr enerji mənbələrindən hansı sahələrdə istifadənin vacibliyini daha yaxşı anlamalıdırlar. Onlar artıq indidən bilməlidirlər ki, bərpa olunan enerji mənbələrindən yararlanmaq planetimizə hansı faydaları verəcək. Digər tərəfdən vətəndaşların atmosferə zərər verəcək qaz tullantılarını ayırd edə bilməsi də çox vacib bir məsələdir".

Lamiyə Şirinova

Fərid Azəri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Noyabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri