Icma.az
close
up
RU
Nazir: TDT ölkələrinin biznes subyektləri ixrac coğrafiyasını daha da genişləndirməlidirlər

Nazir: TDT ölkələrinin biznes subyektləri ixrac coğrafiyasını daha da genişləndirməlidirlər

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qırğız Respublikasının Çolpon-Ata şəhərində IV “Türk Dövlətləri Aqrobiznes Forumu” keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı çərçivəsində təşkil olunub.

Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin hökumət üzvləri, dövlət qurumlarının və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Qırğız Respublikası Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev ərzaq təhlükəsizliyinin təmin edilməsində, torpaq, su ehtiyatlarının və biomüxtəlifliyin qorunmasında, eləcə də iqlim dəyişikliyinə uyğunlaşmada kənd təsərrüfatının mühüm rol oynadığını qeyd edib. O, TDT ölkələri arasında aqrar sahədə ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə aparılan islahatlar və gələcək hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Ölkəmizdə aqrar sahənin torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya, kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmləri mövcuddur. Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, nəhəng transmilli nəqliyyat layihələrin icrası ilə Azərbaycan Avrasiya regionunda mühüm tranzit və logistika mərkəzinə çevrilib.

Nazir vurğulayıb ki, TDT ölkələrinin biznes subyektləri infrastruktur layihələrindən və əlverişli investisiya mühitindən yararlanaraq ixrac coğrafiyasını daha da genişləndirməlidirlər: “Bizim əsas məqsədimiz dövlət-özəl tərəfdaşlıq prinsipi vasitəsilə ölkələrimizin iqtisadi gücünü daim artırmaq və ərzaq təhlükəsizliyini təmin etməkdir”.

Forumda Özbəkistanın kənd təsərrüfatı nazirinin müavini Kaxramon Yuldaşev, TDT Baş katibinin müavini Merey Mukazhan, Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula çıxış edərək təşkilata üzv ölkələrin kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aqrar potensial barədə məlumat veriblər. Tədbirdə çıxış edən natiqlər bu tədbirin üzv dövlətlər arasında aqrar sahədə əməkdaşlığın yeni istiqamətlərinin formalaşmasına, yeni investisiya imkanlarının təşviqinə və iş adamları arasında əlaqələrin güclənməsinə xidmət edəcəyini vurğulayıblar.

IV Türk Dövlətləri Aqrobiznes Forumu “panel sessiyalarla işini davam etdirib. Panel sessiyalarda iştirak edən dövlət və biznes subyektlərinin nümayəndələri TDT ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat infrastruktur layihələri barədə tədbir iştirakçılarına ətraflı məluat veriblər.

“Kənd təsərrüfatı məhsullarının istehsalı və ticarəti: maneələrdən biznesə” mövzusuna həsr olunan panel sessiyada kənd təsərrüfatı məhsullarının istehsalı, ixracı və innovativ yanaşmalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. “Heyvandarlığın inkişafı və genetik irsin qorunması” mövzunda keçirilən panel sessiyada isə kənd təsərrüfatı biotexnologiyası, nadir heyvan cinslərinin seleksiyası və mühafizəsi üzrə mütəxəssislərin məruzələri dinlənilib. Forum iştirakçıları türk dünyasında su idarəçiliyi, su resurslarından səmərəli istifadənin kənd təsərrüfatı üçün əhəmiyyəti mövzularını da müzakirə ediblər.

Daha sonra IV Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitrəfli görüşlər keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 İyun 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see296

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see201

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see196

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see174

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see174

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see143

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see139

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see138

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see135

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see127

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see127

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri