KOBİA: TDT ölkələrinin sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığa dair təşəbbüslərimiz var
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığına dair təşəbbüsləri var.
"Report" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.
"Biz sahibkarlığın innovativ inkişafına, iş prosesinə təsir edən ixtiraların, faydalı modellərin, texnoloji yenilik və sənaye nümunələrinin elmi cəhətdən öyrənilməsinə, araşdırılmasına və tədqiqat aparılmasına dəstək təklif edirik. Həmçinin startapların və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini dəstəkləyə bilərik. Üzv və müşahidəçi dövlətlərin KOB-ların inkişafı sahəsində uğurla tətbiq etdiyi stimullaşdırı mexanizmlərin və təcrübələrin qarşılıqlı mübadilə edilməsini, innovativ sahibkarlığın təşviq edilməsi üşün startapların və sahibkarların ali təhsil, elm-tədqiqat müəssisələri, eləcə də sənaye və texnologiya parkları, texnoloji biznes inkubatorları və texnoloji transfer mərkəzləri ilə sıx əməkdaşlıq etməyi təklif edirəm", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 26 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















