Icma.az
close
up
RU
Nazir: Vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, ona kapital amnistiyası təqdim etmiş oluruq

Nazir: Vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, ona kapital amnistiyası təqdim etmiş oluruq

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Burda qeyd olundu ki, biz minimum pensiyanı artırdıqca pensiyaya çıxmaq üçün pensiya kapitalı artır və pensiya sisteminə daxil olmaqla bağlı çətinliklər yaradır.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Yenə də birinci cavab ondan ibarətdir ki, biz pensiyanı artıraq, yoxsa artırmayaq. Əgər artırırıqsa, bu da olmalıdır. Bu, sığorta sistemidir, birini edib digərini etməmək qeyri-mümkündür, biz sistemi dağıdacağıq. Biz axı eyni zamanda çox böyük bir amnistiya proqramı elan etdik. 2019-cu ildə Azərbaycanda bir qəpik belə sosial sığorta ödəmiş insana 25 il sosial sığorta stajı amnistiya ilə hədiyyə edildi və bunlar da pensiya sisteminə girə bilirlər. Bu gün 2018-ci ilə qədər dövlətə bir qəpik sosial sığorta ödəyən hər bir kəs pensiya sisteminə girə bilir. 25 il ona hədiyyə edilir və pensiya alır. Amma insan heç vaxt işləməyibsə, heç vaxt sosial sığorta ödəməyibsə, onda onların pensiya sisteminə cəlb edilməsi hansı təcrübəyə, hansı məntiqə əsaslana bilər? Onda biz təşviq edəcəyik ki, heç kim sosial sığorta ödəməsin. Ona görə də biz bu gün bu problemin aktual olduğunu düşünmürük. Əgər vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, artıq biz ona kapital amnistiyası təqdim etmiş oluruq”, - deyə nazir bildirib./APA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see138

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see122

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see121

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see119

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see116

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see116

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see115

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri