Icma.az
close
up
RU
Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır MÜNASİBƏT BİLDİRİLDİ

Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"1918-ci ildə Şərqdə ilk cümhuriyyəti quran babalarımız həmin ilin 26 iyun tarixində Azərbaycan Ordusunun əsasını qoydular". Bu sözləri SİA-ya açıqlamasında "Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

O bildirib ki, Silahlı Qüvvələrin yaradılmasında general Səməd bəy Mehmandarov, general-leytenant Əliağa Şıxlinski və digər hərb xadimləri mühüm rol oynadılar:" Onlar həm Azərbaycan Xalq Cümhuriyyətinin liderləri, həm də müstəqil ordunun təşkilatçıları kimi tarixə düşdülər.

Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov kimi tanınmış generalların rəhbərliyi ilə ordu quruculuğuna başlanıldı. Bu şəxslər, çar Rusiyası dövründə böyük hərbi təcrübə qazanmış və sonradan bu biliklərini müstəqil Azərbaycanın silahlı qüvvələrinin formalaşmasına sərf etmişdilər.

Ordumuz ağır və çətin illərdə yaranmışdır. Onun əsasının qoyulmasında 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması mühüm rol oynamışdır. Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın gələcəyi müstəqil olacaq və o zaman ölkəyə peşəkar zabitlər lazım olacaq. Məhz bu uzaqgörənliklə Cəmşid Naxçıvanski liseyi təsis edildi. Bu liseydə minlərlə gənc hərbi təhsil aldı və Azərbaycanın gələcək zabit korpusunun formalaşmasında təməl rol oynadı.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, ordu quruculuğunda ciddi islahatlara başladı. Ayrı-ayrı silahlı dəstələri ləğv edərək, vahid komandanlığa əsaslanan nizami ordu qurdu. Hərbi akademiyalar təsis edildi, hərbi qanunvericilik formalaşdırıldı, maddi-texniki baza möhkəmləndirildi və hərbi təhsil müəssisələrinin sayı artırıldı. ABŞ və Türkiyə başda olmaqla dünyanın müxtəlif ölkələrində Azərbaycan zabitləri hərbi təhsil almağa göndərildi".

"Prezident İlham Əliyev isə ordu quruculuğu sahəsində bu xətti uğurla davam etdirdi. Dövlət büdcəsindən hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Ordumuz müasir standartlara cavab verən peşəkar orduya çevrildi. Əgər Ümummilli Lider nizami ordunun təməlini qoymuşdursa, cənab Prezident İlham Əliyev bu ordunu peşəkar orduya çevirdi.

Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin birgünlük antiterror əməliyyatlarında öz sözünü dedi. Bu uğurlar sübut etdi ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Ən ağır döyüşlərdə qətiyyətli qələbə qazanaraq torpaqlarımızın azadlığını və ərazi bütövlüyümüzü təmin etdi.

Ordumuzla qürur duyuruq. Ordumuz bizim fəxr və qürur mənbəyimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşərək, vətənin müdafiəsini və təhlükəsizliyini hər zaman təmin edəcəkdir" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyun 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri