Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

“Onlar məhkəmə qarşısında cavab verəcəklər”

“Onlar məhkəmə qarşısında cavab verəcəklər”

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ramiz Alıyev: “Sosial şəbəkələr üzərindən Azərbaycan polisinə qarşı psixoloji terror aksiyası həyata keçirirlər”

“Bu gün Azərbaycan polisi dövləti və dövlətçiliyi müdafiə etdiyi, xalqa sədaqətlə xidmət göstərdiyi, ölkəmizi yad ünsürlərdən qoruduğu və onların məkirli niyyətlərinin həyata keçirilməsinə imkan vermədiyi üçün hədəfə çevrilib. Erməni lobbisinin sifarişi ilə fəaliyyət göstərən xarici və daxili düşmənlər, ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları tərəfindən bu gün Azərbaycanın hüquq mühafizə orqanları, xüsusilə də polisə qarşı qarayaxma kampaniyası aparılır. Həmin dairələrin, lobbilərin buradakı əlaltıları, sifariş yerinə yetirən bir qrup bloger və radikal müxalifət nümayəndələri çirkin kampaniyada xüsusi aktivlik göstərirlər”. Bu sözləri açıqlamasında “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı”nın sədri Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, dövlət və xalqımıza qarşı gözdənsalma, şantaj və terror siyasəti aparan xarici və daxili qüvvələr bu gün Azərbaycan polisinin ciddi müqaviməti və qətiyyəti qarşısında acizlik nümayiş etdirirlər: “Xaricdən yönələn bütün təhlükələrin qarşısı hüquq mühafizə orqanları tərəfindən vaxtında və lazımi səviyyədə alınıb. Güc strukturlarının müqavimətini qıra bilməyən xarici xüsusi xidmət orqanları bizə düşmən mövqedə olan ölkələrin siyasi təsisatlarının və erməni lobbisinin də imkanlarından istifadə edərək dövlətimizə və onu müdafiə edən qüvvələrə qarşı vahid çirkin mövqedən çıxış edir, davamlı siyasət yürüdürlər. Onlar sosial şəbəkələr üzərindən Azərbaycan polisinə qarşı psixoloji terror aksiyası həyata keçirirlər. Blogerlik adı ilə fəaliyyət göstərən, əslində isə xarici xüsusi xidmət orqanlarının və erməni lobbisinin maliyyəsi ilə hərəkət edən bu şəxslər Azərbaycan polisinə qarşı düşmən kəsiliblər. Onlar mütəşəkkil şəkildə hüquq mühafizə orqanlarına hücum edir, ən çirkin üsullardan istifadə edərək onları gözdən salmağa çalışırlar. Belələri ictimai fikri öz maraqları naminə dəyişmək üçün müxtəlif yollara əl atırlar”.

Dünyanın bütün ölkələrində hər gün cinayət hadisələrinin baş verdiyini qeyd edən R.Alıyev bildirib ki, Azərbaycan da dünyanın bir parçası olduğu üçün kriminal olaylardan sığortalanmayıb: “Bu gün elə bir dövlət yoxdur ki, orada cinayət törədilməsin. Əsas məsələ odur ki, kriminogen durum hüquq mühafizə orqanlarının nəzarəti altında olsun, cinayətkarların məsuliyyətə cəlb olunması üçün iradə nümayiş etdirilsin. Bütün dünyada, hətta bəlli bir demokratiya və dövlətçilik tarixi, ənənəsi olan ölkələrə Azərbaycan polisi nümunə göstərilir. Bu gün Azərbaycanın sabitlik adası, Bakının isə ən təhlükəsiz şəhər kimi tanınmasının əsas səbəbkarı hüquq mühafizə orqanlarının peşəkar fəaliyyətidir. Bu da müəyyən xarici və daxili ünsürləri ciddi şəkildə narahat edir. Ölkəmizdə əmin-amanlığın olması, polis-vətəndaş birliyi onları qıcıqlandırır. Odur ki, fürsət düşdükcə ən xırda məsələləri şişirdərək polisə qarşı ictimai inamsızlıq yaratmaq istəyirlər. Sosal şəbəkələrdə Azərbaycan polisini gözdən salmaq üçün hər cür vasitəyə əl atan, psixoloji terror həyata keçirən “blogerlər” dövlət-xalq birliyinə olan güvəni sarsıtmaq məqsədi güdürlər. Onlar Azərbaycana düşmən olan xarici ölkələrin xüsusi xidmət orqanları, erməni lobbisi və beynəlxalq təşkilatlar tərəfindən idarə olunurlar. Azərbaycanı təhlükəsiz və inkişaf edən, firəvan, azad görmək istəyən hər bir vətəndaş psixoloji terrorla məşğul olan “blogerlər”ə qarşı çıxmalı, öz etirazlarını bildirməlidirlər. İmkan vermək olmaz ki, onlar eybəcər əməllərini davam etdirsinlər. Hüquq mühafizə orqanları da öz növbəsində dövlətçiliyə qarşı fəaliyyət göstərən, cəmiyyətdə terror dalğası əsdirən “blogerlərin” məsuliyyətə cəlb olunması üçün gərəkən addımları atmaqdadırlar. Əminliklə deyə bilərəm ki, həmin şəxslər həbs edilərək Azərbaycana gətiriləcək və məhkəmə qarşısında cavab verəcəklər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://ayna.az
archiveBu xəbər 10 İyun 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri