Icma.az
close
up
RU
Məşhur general həbsdəki bəstəkara qarşı Sensasion MÜRACİƏT

Məşhur general həbsdəki bəstəkara qarşı Sensasion MÜRACİƏT

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Həbsdə olan bəstəkar Tural Bayraməliyev sensasion açıqlama ilə çıxış edib.

Hurriyyet.az xəbər verir ki, o “Yeni Sabah”a bildirib ki, onun həbsdən azad olmasına sayılı günlər qalıb. Lakin Bakı Şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi, general Vüsal Novruzov onun həbs müddətini uzatdırmağa çalışır.

Bəstəkarın müraciətini olduğu kimi təqdim edirik:

“Artıq sözlərin və arqumentlərin bitdiyi andır. Bir cinayət işində həm zərər çəkmiş şəxs, həm də təqsirləndirilən müttəhim necə dələduz ola bilər? Bu dünyada anoloqu olmayan haldır. Bakı Apellasiya Məhkəməsinin mülki kollegiyası Şədiyyə Salehlinin əməlinə fakt və sübutlarla dələduz olaraq qiymətləndirsə də, Bakı Apellasiya Məhkəməsinin cinayət kollegiyası üçün mənim əməlimdə heç bir sübut olmadan dələduz kimi qiymətləndirib. 

Nəzərinizə çatdırım ki Şədiyyə Salehlinin sürücüsü Ramin, iş ortağı Tehranə, Həsən və bibisi oğlu Abbas və beşinci şəxs olaraq mən - Tural Bayraməliyev polisə şikayət edib. Məhkəmə hakimiyyətinə səslənirəm, bir insanın dəfələrlə dələduzluğa məruz qalması üçün ya anlaqsız olmalıdır, ya da çox peşəkar bir cinayətkar. Hüquq mühafizə orqanlarının hərəkətə keçməsini xahiş edirəm. Sosial ədalət bərpa olunsun!

Göründüyü kimi Bakı Apellasiya Məhkəməsinin qətnəmasi illərdir icra olunmur. Həqiqətdə dövlət məhkəməsinin Şədiyyə Salehlinin haqqında qərarı mənim bəraətimin hürriyyət pasportudur. Lakin məni bu haqq və hüququndan məhrum edənlər bilsinlər ki, qaranlıq məqamlara aydınlığın gəlməsi, ədalət günəşinin haqsızlıq zülmətinə doğması an məsələsidir. 

İctimaiyyətə çatdırmaq istəyirəm ki, gerçək dələduzun məhkəmə hökmü ilə sabit olduğu açıq-aydın ortadadır. Buna baxmayaraq məsuliyyətdən boyun qaçıran, aylıq müavinəti 700-800 manat, amma milyonlarla dollar dəyərində mülkiyyət varidatına sahib olan bu insanın belə sərvəti hansı yollarla əldə etdiyi məlum məsələdir. 

Qısa məlumat verim ki mənə verilən cəzanın bitməsinə az qala, müxtəlif oyunlarla yenidən bu səhnəyə aktyorlar hazırlayan sabit polkovnikin "krışası" Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, general Vüsal Novruzov məni məsuliyyətə cəlb etdirmək istəyir. Bu işin pərdə arxasındakı digər insanlara çatdırmaq istəyirəm ki, heç kim, heç bir vəzifəli şəxs dövlətdən daha güclü ola bilməz. Dövlətimizin himayəsi altında olduğum müddətcə, dövlətimiz sənət adamını, mədəniyyət xadimini qoruyacaq. 

Yerdəki qədər icra olunmasa belə, göydəki  qədər gəldiyi zaman haqq öz yerini tapacaq, hər kəs öz layiqinə qovuşacaq”. 

T. Bayraməliyev açıqlamasının sonunda Prezident İlham Əliyevə müraciət edib:

“Cənab prezidentə müraciət edərək bildirirəm ki, mən ölkəmi, dövlətimi və onun prezidentini sevən mədəniyyət xadimiyəm. İllərdir haqsız yerə həbs olunmuşam. Həbs müddətimin başa çatmasına az qalmış yenidən mənə qarşı oyunlar oynanılır. Prezidentə müraciət edərək məni bu şər qüvvələrindən qorunmağımı xahiş edirəm. Mənim hazırda olduğum cəzaçəkmə müəssisəsindən də heç bir narazılığım yoxdur, müəssisə rəhbərliyinin də məndən. Mən sadəcə ədalətin bərpa olunmasını istəyirəm”.

Xatırladaq ki, Şədiyyə Salehlinin şikayəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi Tural Bayraməliyevin 8 il müddətinə azadlıqdan məhrum edib. Ş. Salehli Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin baldızıdır. 

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 İyun 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri