Nazir: “Yağıntıların azalması və növbəli əkin aparılmaması dəmyə ərazilərdə məhsuldarlığı azaldır”
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İqlim dəyişikliyi, yağıntılarının azalması dəmyə əkinlərdə məhsuldarlığın aşağı düşməsinin əsas səbəblərindən biridir.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov dəmyə əkinlərin sahəsinin nisbətən azalması ilə bağlı sualı cavablandırarkən bildirib.
O, qeyd edib ki, dəmyə əkinlərdə məhsuldarlıq ilk növbədə yağıntıların miqdarından asılı olur.
“Dəmyə ərazilərdə orta məhsuldarlığın aşağı düşməsi əsasən yağıntıların miqdarının azalması ilə bağlıdır. Başqa bir obyektiv səbəb isə həmin torpaqlarda fasiləsiz olaraq hər il eyni bitkinin becərilməsidir. Növbəli əkinin aparılmaması, torpaqların dincə qoyulmaması torpağın keyfiyyətinə mənfi təsir göstərir, məhsuldarlığı azaldır. Bu ildən başlayaraq torpaqların dincə qoyulmasının stimullaşdırılması istiqamətində müəyyən addımlar atılacaq”, - deyə nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 29 Yanvar 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















