Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verəcəyi vaxt təsdiqləndi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Milli Məclis Nazirlər Kabinetinin parlament önündə hesabat vermə vaxtına təklif edilən dəyişikliyi üçüncü oxunuşda qəbul edib.
Oxu.Az xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununda təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclis qarşısında hesabat verəcək. Mövcud qanunvericiliyə görə, hökumət hər il parlamentin yaz sessiyasının beşinci iclasında hesabatla çıxış edir. Dəyişikliyin məqsədi Nazirlər Kabinetinin Milli Məclis qarşısında verdiyi hesabatın təqdim edilmə prosedurunda çevikliyin artırılması ilə bağlıdır.
Təqdim olunan dəyişikliyə uyğun olaraq, hökumətin hesabatının vaxtı iki orqan arasında razılaşdırmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək. Bununla belə, layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşdırılmaması təklif olunur. Bu müddəa hesabatların təqdim olunması ilə bağlı formalaşmış təcrübəyə əsaslanır. Qeyd olunmalıdır ki, Milli Məclisə hesabat və ya məruzə təqdim edən digər orqanlar üçün hesabat və ya məruzələrin Milli Məclisin sayca məhz hansı iclasında təqdim edilməsi ilə bağlı müddəa qanunvericilikdə nəzərdə tutulmur.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 May 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















