Nazirlik “Bayıl Plaza”da dəniz mənzərəli ofis icarəyə götürüb 17,2 min manata
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Energetika Nazirliyi “Facility Management Group” MMC (VÖEN - 1403645031) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, Energetika Nazirliyi Təmiz Enerji Mərkəzinin (TEM) yerləşəcəyi Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, 29 ünvanındakı “Bayıl Plaza” Biznes Mərkəzinin 3-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, sahəsi 144 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəsi və parkink xidmətləri üçün “Facility Management Group” MMC-yə 3 ay müddətində 17 min 271 manat 66 qəpik ödəyəcək.
Açıqlanan məlumatlardan da göründüyü kimi, nazirlik “Bayıl Plaza”dakı 144 kv. metrlik ofis üçün ayda 5 757 manat ödəniş edəcək.
Qeyd edək ki, “Facility Management Group” MMC daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətlərdən biridir. Nizanamə kapitalı 2 milyon 524 min 147 manat olan MMC-nin hüquqi ünvanı Neftçilər prospekti ev 153-də yerləşir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb
24 Dekabr 2024 18:33
Nazirlik Vəli Bayroyevdən 18 min manata ofis icarəyə götürüb
20 Oktyabr 2025 14:08
“Saray Plaza”da ölüm
30 Oktyabr 2025 12:37
Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq
10 Oktyabr 2025 15:21
“Baku Medical Plaza”da şəhidlərimiz anıldı Video
27 Sentyabr 2025 18:46
Baxış sayı:56
Bu xəbər 30 Sentyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















