Icma.az
close
up
RU
Nazirlik indiyə qədər 17 minə yaxınlisenziya verdi

Nazirlik indiyə qədər 17 minə yaxınlisenziya verdi

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzləri, KOB evləri və “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 1 848, indiyə qədər isə 16 936 lisenziya verib.

Sfera.az nazirliyə istinadən xəbər verir ki, 11 ay ərzində “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilib və sahibkarlara portal vasitəsilə 1 263 elektron lisenziya təqdim olunub. “Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 1 mart 2018-ci il tarixindən indiyə qədər portal vasitəsilə 5800-ə yaxın elektron lisenziya verilib.

Ümumilikdə verilmiş lisenziyaların 27 %-i (4 561) əczaçılıq fəaliyyəti, 22 %-i (3 787) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti, 13 %-i (2 173) özəl tibb fəaliyyəti, 6 %-i (1 081) tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti, 6 %-i (959) rabitə xidmətləri (əsasən sürətli poçt), 26 %-i isə (4375) digər fəaliyyət növləri üzrə olub.

Hazırda nazirlik 23 sahibkarlıq fəaliyyəti növü (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) üzrə lisenziya verir. Lisenziya almaq üçün sahibkar hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarışın surəti, fərdi sahibkar olduqda isə şəxsiyyət vəsiqəsinin, vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, ərizədə qeyd olunan obyektlərin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin surətləri, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə olunur.

Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarından rəy alınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.

Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 % güzəşt edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Dekabr 2024 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri