Nazirlik: Vergigömrük güzəştləri üzrə gəlir itkidən çox olacaq
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda gələn ildən təbiq ediləcək vergi-gömrük güzəştləri üzrə illik gəlirlər illik itkilərdən çox olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ildə 20,9 milyon manat, Dövlət Gömrük Komitəsi isə ildə 2,9 milyon manat itki ilə üzləşəcək: "Son nəticədə ümumi illik itki 23,8 milyon manat təşkil edəcək. Gəlir isə 32,6 milyon manat olacaq ki, bu da yekunda büdcəyə 8,7 milyon manat əlavə vəsaitin daxil olmasını təmin edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Noyabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















