Icma.az
close
up
RU
Nazirlikdə üçüncü kadr dəyişikliyi Eşqi Bağırov da getdi?

Nazirlikdə üçüncü kadr dəyişikliyi Eşqi Bağırov da getdi?

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi bildirilir.

Bu barədə məlumatı Modern.az-a ETN daxilindəki mənbələr verib.

İddialara görə, o, faktiki olaraq vəzifəsindən azad edilib, lakin hələlik rəsmi məlumat açıqlanmır. 

Məsələni dəqiqləşdirmək üçün MÜTDA-nın mətbuat xidmətinin rəhbəri Zemfira Sevdimalıyeva ilə əlaqə saxladıq.
Xanım sözçü sualı yazılı şəkildə təqdim etməyi tövsiyə etdi. 

Cavabında bildiridik ki, bir neçə saatdır rəsmi sorğu yollamışıq, ancaq heç bir cavab yoxdur.

Bu zaman Zemfira Sevdimalıyeva qeyd etdi ki, müraciətə baxıb və dəqiqləşdirəndən sonra cavab verəcəklər. 

Bu qeyri-müəyyənlik təbii ki, müxtəlif ehtimalları gücləndirir. Dövlət orqanlarında belə səviyyəli kadr dəyişikliyi haqda xəbərlər yayıldıqda onların tezliklə rəsmi şəkildə təsdiqlənməsi və ya təkzibi gözlənilir. 

Bu dəfə məsələ nə təkzib, nə də təsdiq edildi. Bu, ictimaiyyət üçün sual doğurur, əgər Eşqi Bağırov hələ də vəzifəsindədirsə, niyə bu barədə açıq bəyanat verilmir? Əgər deyilsə, niyə rəsmi qərar gizli saxlanılır?
Yəqin ki, müvafiq qurumlar məsələyə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, son iki həftə ərzində Elm və Təhsil Nazirliyində bu, artıq üçüncü böyük kadr dəyişikliyidir. Belə ki, oktyabrın əvvəlində Elm və Təhsil Nazirliyinə tabe olan iki qurumunun rəhbəri öz ərizəsi ilə işdən çıxıblar. Təhsilin İnkişaf Fondunun sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduqları vəzifədən azad edilib.

Belə qısa müddətdə ardıcıl böyük üç dəyişiklik, təsadüfən baş vermiş proses təsiri bağışlamır. Bu, nazirliyin daxilində gərginliyə işarə edə bilər.

Hazırkı mənzərədən görünən odur ki, Elm və Təhsil Nazirliyi daxilində müəyyən dəyişiklik prosesi gedir. Lakin bu prosesin məqsədyönlü islahat olub-olmaması hələlik aydın deyil. Əgər məqsəd sistemin yenilənməsi və effektiv idarəetməyə keçiddirsə, bu, təqdirəlayiq haldır. Amma dəyişikliklər şəffaf aparılmırsa və səbəblər izah olunmursa, bu, etimad böhranına gətirib çıxara bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri