Nazirlikdə Zəfər Gününün 5 ci öldünümünü qeyd edilib FOTO
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər təşkil olunub.
Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin rəsmilərinin və əməkdaşlarının iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib, yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Daha sonra Nazirlikdə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin üzvlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər tarixi hadisə olmaqla yanaşı, Azərbaycan xalqı üçün daim qürur mənbəyidir. Bildirilib ki, bu möhtəşəm qələbə ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 07 Noyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















