Nazirliklə valideynlərin qalmaqalı şiddətlənir: “Biz buna susa bilmərik”
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycan Respublikasının Təhsil İnstitutunun verdiyi məlumata əsasən, lisey və gimnaziyalara yalnız VI sinif şagirdlərinin mərkəzləşdirilmiş imtahanla qəbul olunacağı bildirilib.
Bu qərar kağız üzərində texniki dəyişiklik kimi görünsə də, əslində yüzlərlə ailəyə ciddi zərbə vurub. Sual yaranır ki, imtahana bu qədər az müddət qalmış belə bir qərarın verilməsi nə qədər doğrudur?"
"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Əmrah Həsənli deyib. Ekspert bildirib ki, ilin əvvəlindən valideynlər övladlarını imtahanlara hazırlamaq üçün ciddi maddi və mənəvi resurslar sərf edib:
"Övladının gələcəyini düşünən hər bir valideyn bu müddətdə repetitor xərclərinə, əlavə dərslərə, nəqliyyat və zaman itkilərinə qatlanıb. İndi isə heç bir xəbərdarlıq olmadan belə bir qərarın elan olunması valideynlər arasında haqlı narazılığa səbəb olub. Bu, sadəcə təhsillə bağlı texniki dəyişiklik deyil.
Bu, valideynin planını pozmaq, məqsədli şəkildə yaranan xərcləri nəzərə almamaq, uşaqların psixoloji durumunu gözardı etmək deməkdir. Axı bir valideyn nə üçün sistemin qeyri-müəyyənliyi üzündən belə bir sürprizlə qarşılaşmalıdır? Ən əsası isə bu qərarın il sonunda, imtahanlara sayılı günlər qalmış verilməsi absurddur.
İstənilən qərar qəbul olunmazdan öncə, onun ictimai nəticələri və insanlara təsiri analiz olunmalıdır. Təəssüf ki, bu məsuliyyətin daşıyıcısı olan qurumlar bunu ya dərk etmir, ya da etməyi vacib saymır. Bu gün onlarla valideyn bizə müraciət edərək şikayətlərini bildirir.
Bu narahatlıq görməzdən gəlinməməlidir. Təhsil sistemində sabitlik və öncədən planlaşdırılmışlıq prinsipi pozulduqda, bunun bədəlini uşaqlar və ailələr ödəyir. Biz buna susa bilmərik. Valideynin səsinə qulaq verilməli, verilən qərarlar şəffaf və vaxtında açıqlanmalı, vətəndaşla hesablaşma mədəniyyəti qurulmalıdır. Əks halda, bu tip hadisələr cəmiyyətdə təhsilə inamı daha da sarsıdacaq".
Nigar
"Cebheinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 May 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















