Nazirliyin e xidmətlərinə ötən ay 626 min müraciət edilib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2026-cı ilin yanvar ayında 626 min müraciət edilib.
Bakıvaxtı.az xəbər verir ki, ötən ay 26 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 87 minədək elektron arayış verilib.
Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Həmin qurumlardan sorğular da daxil olmaqla, ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 21 milyon olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 25 Fevral 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















