Icma.az
close
up
RU
Nazirliyin siyahısına düşə bilməyən plastik cərrahları nə gözləyir? Cinayət MƏSULİYYƏTİ VAR

Nazirliyin siyahısına düşə bilməyən plastik cərrahları nə gözləyir? Cinayət MƏSULİYYƏTİ VAR

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səhiyyə Nazirliyi yanında yaradılmış Xüsusi Təftiş Komissiyası ölkə ərazisində fəaliyyət göstərməyə icazəsi olan plastik cərrahların siyahısını açıqlayıb, lakin həmin siyahıda populyar və çoxsaylı insanı əməliyyat etmiş bir sıra plastik cərrahların adları yer almayıb.

İndiyə qədər bu həkimlərdən bəziləri barəsində şikayətlər əsasında araşdırma aparılıb və onlar məsuliyyətə cəlb ediliblər. Digərləri ilə bağlı isə hüquqi tədbirlər görülməyib. Maraqlıdır, Komissiyanın açıqladığı siyahıdan kənarda qalan plastik cərrahlar məsuliyyətə cəlb oluna bilərlərmi? Onlar barəsində hansı hüquqi addımlar atıla bilər?

Bu barədə Oxu.Az-ın suallarını cavablandıran vəkil Asim Abbasov deyib ki, adı Xüsusi Təftiş Komissiyasının açıqladığı siyahıda olmayan mütəxəssisləri sertifikatları ləğv olunduğuna görə hansısa məsuliyyət gözləmir:

"Lakin həmin mütəxəssislər əvvəl icra etdikləri əməliyyatda ictimai təhlükəli əməl törədiblərsə, buna görə məsuliyyət daşıyırlar. Yəni sırf sertifikatlarının ləğv edilməsi onlarda məsuliyyət yaratmır".

Vəkil həmçinin qeyd edib ki, özəl tibb əczaçılıq, təhsil fəaliyyəti, lisenziya tələb edən fəaliyyət növlərindəndir:

"Bu sahələrin lisenziyalaşdırılması dövlət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin, insanların həyat və sağlamlığının qorunması məqsədi daşıyır. Lisenziya olmadan fəaliyyət göstərənlər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilirlər. Eyni zamanda, əhalinin sağlamlığının qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə də İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir".

Vəkil həmçinin deyib ki, lisenziya tələb olunduğu halda onu almadan işləyən, lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin həm inzibati xəta, həm də cinayət məsuliyyəti var. Bunun inzibati xəta, yoxsa cinayət tərkibi yaratması vurulmuş zərərin və ya əldə edilmiş gəlirin həcmindən asılı olaraq müəyyənləşdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Aprel 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri