Nazirliyin tabeliyindəki qurumlarla bağlı QƏRAR
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bir sıra qurumların strukturu təsdiqlənib.
Gununsesi.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Sənədə əsasən, “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin, “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun, “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi” aparatının işçilərinin say həddi 120 ştat vahidi kimi təsdiq olunub.
Bundan başqa, sənədə görə, “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun işçilərinin say həddi 670 ştat vahidi, “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun işçilərinin say həddi 221 ştat vahidi kimi təsdiq edilib.
Sənəddə qeyd edilib ki, “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi” aparatının işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)” təsdiq olunub, “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun işçilərinin aylıq tarif (vəzifə) maaşlarının məbləği büdcədən maliyyələşdirilən sahələr üçün təsdiq edilmiş müvafiq Vahid Tarif Cədvəli əsasında Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına uyğun olaraq müəyyən edilib.
Baxış sayı:101
Bu xəbər 30 Oktyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















