Icma.az
close
up
RU
Nazirliyin və DİM in iki fərqli imtahanı: biri yol açır, biri sədd çəkir

Nazirliyin və DİM in iki fərqli imtahanı: biri yol açır, biri sədd çəkir

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi doktoranturaya və dissertanturaya qəbul imtahanını, dünən isə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin sertifikasiya imtahanını müşahidə etmək imkanım oldu. Tam fərqli iki sistem, tam fərqli iki yanaşma və tam fərqli insan anlayışı.

Ümumiyyətlə, bu fərqli İKİ YANAŞMA müstəqil Azərbaycanın təhsil sistemində həmişə olub. Az qala 30 ildir, DİM (əvvəllər TQDK) ilə Təhsil Nazirliyi (indiki Elm və Təhsil Nazirliyi) arasında səssiz, amma hiss olunan bir gərginlik yaşanır. Cəmiyyət bu iki qurumu müqayisə edir: biri “şəffaf imtahan” deyir, o biri “təhsili inkişaf etdirir”.

Mən uzun illər DİM-ə inanmışam. Fikirləşmişəm ki, illər boyu rüşvətin, tapşırığın meydan suladığı və insanların buna verdiş etdiyi bir qəbul sistemini yalnız belə qapalı və prinsipial bir qurum xilas edə bilərdi. Əslində, buna nail olundu, son illərə kimi DİM-in bu prosesi normal şəkildə apardığını deməmək insafsızlıq olar. Amma bu gün artıq DİM öz ətrafında formalaşdırdığı “şəffaf” imicini məhv etməklə məşğuldur...

***

Müəllimlərin sertifikasiya imtahanında gördüklərimdən yaxşı mənada təəccübləndim: texniki avadanlıqlar yeni, kompüterlər sürətli idi, otaqlar geniş və işıqlı, səliqəli, nəzarətçilər isə nəzarətçi yox, dəstəkçi funksiyasını yerinə yetirirdi.


Ən vacib məqam: texniki problemlərin hamısı əvvəlcədən nəzərə alınmışdı - yaxşı nəticə göstərə bilməyənlərin bütün mümkün bəhanələrinə şans verilməmişdi. Məsələn, imtahan verənlər çox vaxt kompüterlərin donduğu, buna görə də ayrılan vaxtdan səmərəli istifadə edə bilmədiklərini bəhanə edirlər. Nazirlik bunu nəzərə alıb, kompüterlərin ekran görüntülərini qeydə alır. Şikayət olduqda, onu araşdırmaq mümkün olur və bunu şikayətçi də müşahidə edir. Fakt təsdiqini taparsa, əlbəttə ki, məsələ şikayətçinin xeyrinə həll edilir. Bu texnoloji yanaşma imtahan prosesini şəffaf, ədalətli və etibarlı edir.

Şəxsi əşyaların saxlanması da yaxşı düşünülmüş və çox sadə formada həll olunmuşdu. Hər bir iştirakçının çantası şəffaf torbaya qoyulub onun masasının yanına yerləşdirilmişdi. Yəni imtahan verənin əsəbi, narahatlığı, texniki əngəli yoxdur. Hər şey onun rahatlığı, komfortu üçün hesablanıb.

Və bütün bu sistem cəmi üç il ərzində qurulub. Nazirlik imtahangötürmə prosesinə 2022-ci ildən başlayıb.


***

Gəlin indi DİM-in keçirdiyi doktoranturaya və dissertanturaya imtahanına baxaq. Bu imtahan sadəcə bir sınaq yox, elmi karyera üçün əsas qapıdır. Amma imtahan prosesi göstərdi ki, bu “qapı” açılmaq üçün yox, daha çox üzə çırpılmaq, bağlanmaq üçündür.

İmtahan zalına ayaq başmaqla gərginlik, adamı motivasiyadan salan işlər baş verir. Cinayətkar axtarırmışlar kimi yoxlanışlar başlayır. Telefon, pul, çanta, su – heç nə keçirmək mümkün deyil. Amma DİM bu qədər qadağaya alternativ həll təklif etmir. Heç kimə şəxsi əşyalarını saxlamaq üçün şərait yaradılmayıb. İmtahandan sonra adam evinə necə qayıtsın? Kimi axtarsın? Axı bu insanlar orta məktəb şagirdləri deyil ki, valideyinləri gətirsin. Bunlar yetkin adamlardır, bəlkə özləri tək gəlmək istəyir, bəlkə birinin kimsəsi yoxdur. Bu adamlar telefonsuz, pulsuz evdən necə çıxsınlar? Ona görə də məktəblərin qarşısı narahat, əsəbi insanlarla dolub. Valideynlər günün altında gözləyir, kiminin suyu yoxdur, kimininsə pulu. Və DİM üçün bu, problem deyil.

Otaqlar bərbad vəziyyətdə idi. Havalandırma yox, işıqlanma zəif, oturacaqlar köhnə və narahat, bəziləri hətta qırıq və cırıltılı...

İmtahanın ən ciddi hissəsi olan “listening” mərhələsi (ingilis dilində dinləmə) isə fəlakət idi. Mətni dinləmək üçün otaqda yalnız bir ədəd dinamik var. Ön sırada oturanların gurultu və xışıltıdan qulaqları batır, arxadakılar isə heç nə eşitmir. Sosial şəbəkələrdə yayılan məlumata görə, imtahan otağının birində dinamik ümumiyyətlə, işləməyib, onların dəyişdirilməsi 35 dəqiqə çəkib.


Və bütün bunlar imtahan verənlərin xeyli vaxtını alır.

Halbuki belə imtahanlar mütləq qulaqcıqlarla keçirilməlidir. Necə ki, nazirliyin imtahanlarında hər kəs qulaqcıqla təmin olunmuşdu. Amma yox, DİM 2025-ci ildə, süni intellekt dövründə bu qədər bəsit texniki detala fikir verməyi özünə sığışdırmayıb.


Hətta sosial şəbəkələrdə DİM-in dinamik məsələsi lətifəyə çevrilib. “Sovet dövründə məktəbdə qulaqcıqla imtahan verirdik, bunlar isə imtahanı 21-ci əsrdə toydan qalma dinamiklə yola verir...” kimi tənqidlər yayılıb. DİM isə narahat deyil, problemlə bağlı kiçik bir açıqlama ilə məsələni “həll etdi”. Az qala dedi ki, imtahan verənlər səsi eşitməyibsə, qulaqlarını həkimə göstərsinlər. Vəssalam.

***

Əslində DİM-in rahatlığı, sualların çətinlik səviyyəsi, məzmunun bəzən qarışıq və proqramdan kənar olması, texniki problemlər fonunda nəticələrin müəyyən şəkildə formalaşması çoxsaylı şübhələr doğurur. Bu vəziyyət təhsil sistemində ciddi problemlərin göstəricisidir.

Azərbaycanda artıq uzun illərdir fəaliyyət göstərən və “imtahan mafiyası” kimi tanınan “bunker müəllimlər” adlı gizli bir çete formalaşıb. Bu təbəqə DİM-in suallarına və imtahan sirlərinə çıxışı olan, həm də yüksək qiymətə hazırlıq kursları təşkil edən şəxslərdən ibarətdir.

Bu kurslarda iştirak edənlərə aydın siqnal verilir: “Biz hansı sualların imtahana düşəcəyini bilirik”. Bu isə imtahanın ədalətliliyini tamamilə sual altına qoyur və sistemdə böyük korrupsiya əlaməti kimi qiymətləndirilir. Minlərlə gənc və valideyn bu qeyri-rəsmi bazara pul ödəyir, ancaq qarşılığında ədalətli imtahan deyil, gizli və qapalı oyunla üzləşir. “Bunker müəllim”lərin fəaliyyəti təhsil sisteminin nüfuzunu aşağı salır və gənc nəsildə təhsilə qarşı inamsızlıq yaradır.

Məleykə Abbaszadə və DİM rəhbərliyi bu açıq bazarın mövcudluğundan ya xəbərsizdir, ya da göz yumur. Əgər xəbərsizdirsə, bu, məsuliyyətsizlikdir. Əgər xəbərdardırsa və susursa, bu, artıq dövləti cinayətdir.

Daha da qorxunc ehtimal isə budur ki, bəlkə də həmin hazırlıq kursları DİM-in özünün qeyri-rəsmi strukturudur. Onların fəaliyyəti o qədər açıq və rahatdır ki, bunu təsəvvür etmək mümkündür. DİM-in imtahan səlahiyyətlərinin şəxsi gəlir mənbəyinə çevrilməsi təhsil sistemində ədalətin tam pozulmasıdır.

Bu vəziyyətin dərhal dəyişdirilməsi zəruridir. Azərbaycanda təhsilin ədalətli, şəffaf və keyfiyyətli olması üçün:

- İmtahanların məzmun və texniki tərəfdən tam yenilənməsi,

- İmtahanlarda şəffaflığın və ədalətin təmin olunması,

- Bunker müəllimlər və imtahan mafiyası kimi korrupsiya mexanizmlərinin tamamilə ləğv olunması,

- İmtahan proseslərinə dövlət nəzarətinin gücləndirilməsi və ictimai şəffaflığın təmin olunması vacibdir.

***

Bəli, mən uzun illər DİM-in dürüstlüyünə inanmışam. Amma bu gün DİM təhsilalanlara xidmət edən yox, onları əzən bir quruma çevrilib. Artıq məsələ konkret şəxslərdən və ya qurumlardan deyil, təhsilin, elmin gələcəyi məsələsindən gedir.

Bu gün sual verən xalqdır. Sabah DİM bu suallara cavab verməli olacaq.


Təhsil, imtahanlar və gənclərin gələcəyi heç bir “bunker”ə, qapalı şəbəkəyə və şəxsi maraqlara təslim edilə bilməz.

Elçin, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 İyun 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see249

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see239

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see161

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see150

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see150

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see132

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see131

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see130

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see129

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see127

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see126

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri