Icma.az
close
up
RU
“Bağlı qapı” siyasəti ABŞ turizminə sədd çəkir

“Bağlı qapı” siyasəti ABŞ turizminə sədd çəkir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFP xəbər verir ki, dünyanın ən böyük iqtisadiyyatına malik olan Amerika Birləşmiş Ştatları 2025-ci ildə təxminən 12,5 milyard dollar xarici turist gəliri itirəcək. World Travel & Tourism Council (WTTC) və Oxford Economics-in araşdırmalarına görə, yalnız ABŞ bu il beynəlxalq turist xərclərində azalma görəcək.

Məqalədə deyilir ki, gəlirlərin azalmasının səbəbi prezident Donald Tramp administrasiyası dövründə immiqrasiya siyasətinin sərtləşdirilməsi, həmçinin siyasi bəyanatlar, ticarət tarifləri və digər ölkələrdə Amerika mallarını boykot etmək və ABŞ-a səyahət etmək çağırışları ilə bağlıdır. Nəticədə, ümumi beynəlxalq turizm xərcləri on il əvvəl müəyyən edilmiş pik səviyyədən 22,5 faiz aşağı olmaqla 181 milyard dollara düşəcək.

WTTC-nin baş direktoru Julia Simpson deyir ki, vəziyyət Amerika iqtisadiyyatına ziyan vurur, ölkə daxilində icmalara, iş yerlərinə və müəssisələrə təsir edir. O, ABŞ hökumətini daha da geriləmənin qarşısını almaq üçün turizm sənayesinə dəstək verməyə çağırır.

Digər ölkələr aktiv şəkildə turistləri cəlb edərkən, ABŞ siyasəti “qapalı qapı” təəssüratı yaradır ki, bu da onun qlobal turizm sənayesindəki mövqeyini pisləşdirə bilər.

Bəs bu, uzunmüddətli perspektivdə ABŞ iqtisadiyyatına necə təsir edəcək? Hesablamara görə, uzunmüddətli perspektivdə xarici turizm gəlirlərinin azalması ABŞ iqtisadiyyatı üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. Birinci, turizm sənayesi otel və restoranlardan tutmuş hava yolları və pərakəndə satışa qədər milyonlarla işi dəstəkləyir. Turistlərin sayının azalması bu sektorlarda kütləvi ixtisarlara səbəb ola bilər.

İkincisi, regional iqtisadiyyatların zəifləməsinə gətiric çıxara bilər. Belə ki, ABŞ-ın bir çox şəhərləri və ştatları böyük dərəcədə turizm gəlirlərinə güvənirlər. Xarici ziyarətçilərin sayında azalma turizmin əsas gəlir mənbəyi olduğu regionlarda iqtisadi fəallığı azalda bilər.

Üçüncüsü, beynəlxalq təsirin azalması da müzakirə mövzusudur. Yəni turizm beynəlxalq əlaqələri, mədəni mübadiləni təşviq edir və diplomatik əlaqələri gücləndirir. ABŞ-a turist axınının azalması onun investorlar və beynəlxalq biznes üçün cəlbediciliyinin azalmasına səbəb ola bilər.

Uzunmüddətli iqtisadi itkilərin də baş verəcəyi mümkündür. Ekspertlərin sözlərinə görə, ABŞ “qapalı ölkə” imicini təşviq etməyə davam edərsə, onun yerini başqa turizm istiqamətləri tuta bilər. Rəqabət edən ölkələr öz turizm bazarlarını fəal şəkildə inkişaf etdirir, stimullar təklif edir və infrastrukturu yaxşılaşdırır ki, bu da turist axınının yenidən bölüşdürülməsinə səbəb ola bilər.

Buna görə də, analitiklər düşünürlər ki, itkiləri kompensasiya etmək üçün Amerika hökuməti immiqrasiya siyasətinə yenidən baxmalı, viza prosedurlarını sadələşdirməli və reklam kampaniyaları ilə turistləri aktiv şəkildə cəlb etməlidir. Məhz turizm sənayesinə dəstək iqtisadi itkilərin bərpası üçün əsas olacaq.

Bəs Birləşmiş Ştatlara beynəlxalq turizmin azalması qlobal iqtisadiyyata necə göstərəcək? Mütəxəssislərin sözlərinə görə, bu proses ilk növbədə turizm xərclərinin yenidən bölüşdürülməsinə gətirib çıxaracaq. Əvvəllər ABŞ-a səfər etmiş turistlər indi başqa ölkələri seçəcəklər ki, bu da Avropa, Asiya və Latın Amerikasında turizm gəlirlərini artıracaq.

İkincisi, bu, valyuta axının istiqamətini də dəyişdirəcək. Xüsusən də digər ölkələr daha çox turist cəlb etməyə və valyuta ehtiyatlarını artırmağa başlasa, bu, dollara təsir göstərəcək.

Üçüncü təsir amillərindən biri hava səyahətinə marağın azalması olacaq. Daha doğrusu, Birləşmiş Ştatlara uçuşlara tələbatın azalması marşrutların dəyişməsinə və digər istiqamətlərə biletlərin bahalaşmasına səbəb ola bilər.

Bundan başqa, turizm beynəlxalq münasibətlərdə mühüm rol oynayır. Birləşmiş Ştatlara turist səfərlərinin azalması ölkənin dünya səhnəsindəki qavrayışına və diplomatik əlaqələri təsir göstərə bilər.

S.ELAY
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri