Icma.az
close
up
RU
 Dönər üstündə basabas cəmiyyətimizdə acı gerçəyi üzə çıxardı EKSPERT

 Dönər üstündə basabas cəmiyyətimizdə acı gerçəyi üzə çıxardı EKSPERT

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlqar Hüseynli: “Bir tikə çörəyə möhtac insanlar var - bu görüntülər hamımız üçün xəbərdarlıqdır”

Sosial şəbəkədə “dönər mübarizəsi”ni əks etdirən görüntülər cəmiyyətdə dərin məyusluqla qarşılanıb. Görüntülərdə hansısa bir şəxs tərəfindən kiçik pəncərədən dönər paylandığı, insanların bir-birini itələyərək basa-bas yaratdığı, dönər uğrunda əsl savaş aparıldığı əksini tapıb. Məlumatda qeyd edilir ki, hadisə paytaxtın Hövsan qəsəbəsində olub. Pulsuz dönər paylanacağını bilən əhali əraziyə axışıb. Görüntülərə baxdıqda bu hadisənin Bakıda deyil, Afrikanın aclıqla mübarizə aparan hansısa bölgəsində baş verdiyini düşünmək istəyirsən, amma fakt faklığında qalır. Bəli, bu hadisə paytaxt Bakının qəsəbələrindən birində baş verib. İnsanlar bir dönərdən ötrü bir-birini ayaqlayır, itələyir, önə keçməyə çalışır. Dönər uğrunda ölüm-dirim savaşı gedir. Yəqin ki Ramazan ayında xeyirxah əmələ sahib olmaq istəyən birisi dönər paylamaq, dönər ehsan etmək fikrinə düşüb, amma necə deyirlər, əlinı-üzünə bulaşdırıb.      Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycanda xidmət sektorunda təhsilli, savada, əhatəli dünyagörüşünə malik insanlar azdır:

- Dönərçinin də əməli, ola bilsin xoş niyyətdən irəli gəlib, nəsə xeyirxah bir əməl etmək istəyib. Dini inancından dolayı da ola bilər, yaxud da sadəcə, Ramazan ayında yaxşı əməl, nəsə ehsan etmək istəyib. Ramazan ayında iftar süfrələrinin açılması, məclislər təşkil edilməsi, ehtiyaclı insanlara ərzaq yardımı və sair xeyirxah əməllər xalqımızın adət-ənənələrində mühüm yer tutur. İnsanlar mübarək ayda daha çox xeyir işlər görməyə can atırlar. Amma bir işi görəndə gərək doğru təşkil edəsən. Kortəbii şəkildə icra olunan əməl müsbət nəticə vermir, əksinə qınağa səbəb olur. Necə ki bu dönər paylanması hadisəsi alqış qazanmadı, əksinə qınandı. Dönər paylayan şəxs və ya buna qərar verən şəxs, kimdirsə, xeyirxah əməl etmək istəyib, amma işi düzgün qurmayıb, doğru təşkil etməyib. Bu dönərləri uşaq evlərinə də aparıb paylamaq olardı. İftara yaxın zamanda küçədən keçib-gedənlərə təklif, təqdim etmək də olardı. İstəyən alardı, təşəkkür edərdi. Amma bu formada dönər paylamaq təəssüf ki, cəmiyyətdəki nöqsanları üzə çıxarmış oldu. Qidadan ötrü bu cür basabas, qapışma cəmiyyətimizə yaraşmır. 

İ.Hüseynli qeyd etdi ki, bu görüntülərin ötürdüyü mesaja dövlət orqanları diqqət etməlidir: 

- Bu görüntülər cəmiyyətimizdə sosial ehtiyaclar içində boğulan, bir tikə çörəyə möhtac, sosial-iqtisadi baxımdan acınacaqlı şəraitdə yaşayan insanların olduğunu da göstərir. Bu görüntülər çoxumuzun görmədiyi və ya görmək istəmədiyi gerçəyi göstərir. Biz insanların marketlərin zibil yeşiklərinə atdığı xarab olmuş qida məhsullarını, meyvə-tərəvəzi topladığına da şahid oluruq. Bunlar çox rəzil görüntülərdir. Hesab edirəm ki dövlət orqanlarının bir nömrəli işi bu görüntülərin yaydığı mesajlara diqqət yönəltmək və niyə, nədən belə vəziyyət yaranır sualna cavab tapmalarıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Mart 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri