Icma.az
close
up
RU
NDU da gənc tədqiqatçıların II Respublika Elmi Konfransı keçirilib

NDU da gənc tədqiqatçıların II Respublika Elmi Konfransı keçirilib

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Naxçıvan Dövlət Universitetində “Elmi inkişaf: uğurlar və çağırışlar” gənc tədqiqatçıların II Respublika Elmi Konfransı keçirilib.

SİA-nın məlumatına görə, NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, konfransda əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, 2024-cü ildə həyata keçirilən layihələr yalnız universitet üçün deyil, həm də regionun elmi inkişafına, dünya elminə töhfə verməsi baxımından əhəmiyyətli olub və ötən il elmi fəaliyyətdə uğurlu nəticələr qeydə alınıb. Universitetin əsas prioritetləri sırasında əməkdaşların elmi potensialının artırılması yer alır.

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev AMEA-nın inkişaf yolundan bəhs edib, elmin dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafında mühüm rolu barədə məlumatları diqqətə çatdırıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru Zahid Məmmədov Naxçıvan Dövlət Universitetinin çox sürətli və uğurlu inkişaf yolu keçdiyini vurğulayıb.

Acıbadem Xəstəxanasının Ürək-Damar klinikasının qurucusu, professor Cem Alhan konfransın mahiyyəti haqqında fikirlərini bölüşüb. O, Naxçıvanın coğrafi mövqeyi və mövcud blokada vəziyyəti ilə bağlı fikirlərində Naxçıvan Dövlət Universitetinin elmi nailiyyətləri ilə blokadanı aşdığını qeyd edib.

NDU Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji kadrların hazırlanması istiqamətində magistratura və doktorantura səviyyələri üzrə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib.

Sonra gənc tədqiqatçılar çıxış ediblər.

Konfrans universitetin Fizika-riyaziyyat, Beynəlxalq münasibətlər və hüquq fakültəsində bölmə iclasları ilə öz işini davam etdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri