NDU da idarəetmədə və təhsildə rəqəmsallaşdırmaya dair II Respublika Elmi konfransı işinə başlayıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Naxçıvan, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Naxçıvan Dövlət Universitetində “İdarəetmədə və təhsildə rəqəmsallaşdırma” mövzusunda II Respublika Elmi konfransının açılış mərasimi keçirilib.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə İncəsənət fakültəsinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub.
Konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransın təşkilini yüksək qiymətləndirib, dördüncü sənaye inqilabı dövründə müasir çağırışların rəqəmsal bacarıqları öyrənməyi və yararlanmağı tələb etdiyini vurğulayıb. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin də sürətlə rəqəmsallaşmağa doğru irəlilədiyinə diqqət çəkib.
E.İsayev bildirib ki, NDU bu yöndə ölkədə nümunəvi ali təhsil müəssisəsidir, universitet ilk dəfə elektron təhsil sisteminə keçib, ölkədə ilk dəfə smart tələbə kartı “TələbəPlus”ın istifadəsini tətbiq edib, tədris prosesi və elmi tədqiqatlarda hibrid təhsil qurulub, elmi əsərlər jurnalı elektronlaşıb.
Rektor, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bu il reallaşacaq NDU–da İnnovasiyalar Mərkəzi barədə məlumat verərək, məqsədin ölkədə rəqəmsal bacarıqlara dair strategiyaya uyğun, əmək bazarının tələblərinə cavab verən, yenilikçi kadrlar hazırlamaq olduğunu qeyd edib. Bildirib ki, dünyanın texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən, universitetdə IBM Mərkəzi istifadəyə verilib və irəlidə bu yöndə təkmilləşdirmə işləri həyata keçiriləcək.
Rektor, həmçinin universitet-sənaye-hökumət əməkdaşlığının vacibliyini vurğulayıb və bu fəaliyyətlərin uğurlu karyera planlamasına hədəfləndiyini deyib.
Sonra plenar çıxışlar başlanıb.
Konfransda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Qeyd edək ki, bölmə iclasları 3 salonda, 10 panel üzrə keçiriləcək. 23 təşkilatın 115 təqdidqatçısı tərəfindən 83 tədqiqat üzrə məruzələr təqdim ediləcək. İki gün davam edəcək konfransın sonunda iştirakçılara sertifikatlar veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 Aprel 2025 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















