Icma.az
close
up
RU
LDU da Respublika elmi praktiki konfransı keçirilib

LDU da Respublika elmi praktiki konfransı keçirilib

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Lənkəran Dövlət Universitetində (LDU) müasir aqrar elminin və ekologiyanın ən aktual prioritetlərini əhatə edən “Müasir dövrdə aqroekologiya: Aqrar-qida, biologiya elmləri kontekstində ekoloji təmiz kənd təsərrüfatı məhsulları” mövzusunda Respublika elmi-praktiki konfrans keçirilib. Konfrans həm əyani (oflayn), həm də məsafədən (onlayn) qoşulma imkanı yaradılmaqla hibrid formatda təşkil olunub.

Konfransın rəsmi açılış mərasimindən öncə iştirakçılar tərəfindən Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin plenar iclasını giriş sözü ilə açan LDU-nun rektoru, professor Natiq İbrahimov qonaqları salamlayaraq konfransın müzakirəyə çıxardığı mövzuların qlobal olduğunu deyib və regional baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor öz çıxışında Lənkəran Dövlət Universitetinin imza atdığı innovativ yeniliklərdən, elmi-tədqiqat sahəsində qazanılmış mühüm nailiyyətlərdən bəhs edib, konfransın işinə uğurlar arzu edib.

Plenar iclasda Aqrar və mühəndislik fakültəsinin dekanı, dosent Balayar Şahbazov “Orqanik kənd təsərrüfatı davamlı inkişaf konsepsiyasının tərkib hissəsidir”, Fizika, kimya və biologiya kafedrasının müdiri, professor Vidadi Orucov “İqlim dəyişiklikləri şəraitində Lənkəran-Astara iqtisadi rayonunda dayanıqlı aqroekoloji sistemlərin formalaşmasında fiziki iqlim amillərinin təsiri”, Texnologiya və texniki elmlər kafedrasının müdiri, dosent Rəşad Əliyev  “Qida çatışmazlığının həlli yolları” mövzularında məruzə ediblər.

Plenar hissədən sonra konfrans öz işini iki  bölmədə davam etdirib. Respublikanın 20-dən çox aparıcı ali təhsil müəssisəsi və nüfuzlu elmi-tədqiqat təşkilatının nümayəndələrinin qatıldığı bölmə iclaslarında ümumilikdə 100-ə yaxın elmi tezis dinlənilib. 

Konfransın yekun materiallarının toplu şəklində dərc edilməsi qərara alınıb.    

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Oktyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri