Icma.az
close
up
RU
NDU nun tələbələri Norveçdə beynəlxalq uğur qazanıb

NDU nun tələbələri Norveçdə beynəlxalq uğur qazanıb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Dövlət Universitetinin tələbələri 10 may 2025-ci il tarixində Norveçin paytaxtı Oslo şəhərində keçirilən “Ən yaxşı tələbə” adlı Beynəlxalq müsabiqədə iştirak edərək uğur qazanıblar. 

Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilən Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent, Rusiya Təbiətşünaslıq Akademiyasının (RTA) professoru Fizzə Məmmədovanın rəhbərliyi ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Müalicə işi” ixtisası üzrə V kurs tələbələri Abdulla Əliyev və Elsunə Əliyeva “Gənc tədqiqatçı” nominasiyasında uğurla iştirak ediblər. 

Tələbələr “Naxçıvan Muxtar Respublikası əhalisinin yaşamında mineral suların müalicəvi rolu” mövzusunda təqdim etdikləri elmi məqalə ilə münsiflər heyətinin müsbət rəyini alıblar. Eyni zamanda, müsabiqənin digər tələblərinə - elmi məqalələrin sayı, beynəlxalq və respublika konfranslarının materialları, diplom və medallar, elmi-praktik təcrübə mübadilələri kimi kriteriyalara da tam cavab veriblər.

Müsabiqənin yekununda Abdulla Əliyev, Elsunə Əliyeva və rəhbərləri Fizzə Məmmədova münsiflər heyətinin qərarı ilə diplomlarla təltif olunublar. Laureat diplomu almış qalib tələbələr ixtisaslaşdırılmış ali təhsil müəssisələrinə qəbul imtahanı olmadan, yaxud güzəştli şərtlərlə daxil olmaq, ən əsası isə müxtəlif sahələr – elm, mədəniyyət, incəsənət və təhsil üzrə beynəlxayq mükafat və qrantlar üçün müraciət etmək imtiyazı əldə ediblər. 

Rəhbər və qaliblər 17-21 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək beynəlxalq Qala mükafatlandırma mərasiminə dəvət alıblar. 

Qeyd edək ki, bu nüfuzlu beynəlxayq müsabiqə İnternational Academy of Science, Culture and Art, Euro Media Star Group və French Language and Tourism Academy kimi tanınmış təşkilatların birgə əməkdaşlığı ilə təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri