Icma.az
close
up
RU
“Nə maaş alır, nə pul qazanıram, amma sosial yardım verilmir” Fotolar

“Nə maaş alır, nə pul qazanıram, amma sosial yardım verilmir” Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Üç azyaşlı övladım var. Yoldaşım fəhləlik edirdi. İndi səhhətində yaranan problemlərə görə onu da edə bilmir. Dəfələrlə sosial yardım üçün müraciət etmişik, amma imtina gəlib”.

Bu şikayətlə “Qafqazinfo”ya Masallı rayonu Nəzəroba kənd sakini Leyla Nəzərova müraciət edib.

Azyaşlı övladları olduğu üçün işləyə bilmədiyini deyən L.Nəzərova hazırda heç bir gəlirinin olmadığını bildirir: “Yoldaşımın ailəsi ilə birlikdə yaşayırıq, öz evimiz yoxdur. Hazırda yaşadığımız ev də şəraitsizdir. 3 uşağım məktəbə gedir, nə geyimlərini ala bilirik, nə günlük xərclərini qarşılayırıq. Ümidimiz təkcə sosial yardıma idi, o da verilmir. 2019-cu ildən ünvanlı sosial yardım almaq üçün dəfələrlə müraciət etsəm də, hər dəfə bir bəhanə gətirərək imtina verilir. Axırıncı dəfə 2024-cü ilin iyun ayında sənədlərimi nazirliyə göndərdim. 4 ay tamam olanda gəldilər, yoxlanış apardılar, bir səhvi əsas tutaraq imtina verildi. Mən narazılığımı bildirəndə dedilər ki, “sənədlərini təzədən göndər, biz köməklik göstərərik”. Mən də təzədən sənədlərimi hazırlayaraq oktyabrın 4-ü ünvanlı sosial yardım almaq üçün nazirliyə təqdim etdim. Noyabrın 6-sı yenidən evə yoxlanış gəldi. Bu dəfə verilən vergini əsas tutaraq imtina cavabı verildi”. 

Şikayətçi deyir ki, bu dəfə qaynar xəttə zəng etdikdə ona vergi ilə bağlı səbəb göstərilib: “Bildirildi ki, verginin ödənilməsi 9 aydır, təzə qaydaya görə bir il olmalıdır ki, müraciət edə biləsiniz. Ancaq mənim əlimdə 13 ayın qəbzi var. Bildirəndə ki, vergi borcum yoxdur, Masallı rayonu üzrə vergi idarəsindən arayış alaraq Dövlət Sosial Müdafiə Fonduna ərizə şəklində yazılı təqdimat verməyimi istədilər. Həmin idarəyə müraciət etdikdə isə dedilər ki, “sizə heç ərizə lazım deyil, sistemdə vergi ödənişləri görünür”. Mən bu gün nə maaş alıram, nə pul qazanıram. Yoldaşımın ağciyərində problem var. Gündəlik xərclərimizi ödəmək üçün pul tapmayan bir vaxtda zülmlə borc-xərc edib həmin vergini ödəyirəm ki, ünvanlı sosial yardım ala bilək. Amma ona da imtina gəlir”. 

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumun mətbuat katibi Rəşad Mehdili sorğumuzla bağlı bunları bildirdi: “Masallı rayon sakini Nəzərova Leyla Möhübbət qızının ünvanlı sosial yardımla bağlı elektron sistemə sonuncu müraciəti bu ilin oktyabrın 4-də olub. Ailənin sosial yardım almaq hüququna baxılarkən müəyyən edilib ki, məşğulluğu torpaq pay mülkiyyəti ilə təmin edilən ailə üzvlərinin, sahibkarlıq fəaliyyəti üzrə gəlirlərinə dair “ərizə-bəyannamə”də qeyd olunmuş məlumatlar təsdiqini tapmır. Bu səbəbdən müraciətə imtina verilib”.

Lamiyə Məmmədova 



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri