Icma.az
close
up
RU
Sosial yardım nə qədər artacaq?

Sosial yardım nə qədər artacaq?

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Məlum olduğu kimi Prezident İlham Əliyev “2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunu təsdiq edib. Qanuna əsasən, növbəti ildən ehtiyac meyarının məbləği 270 manatdan 285 manata çatdırılacaq. Ehtiyac meyarının artırılması ölkədə digər mühüm sosial no?mativ olan ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ehtiyac meyarının artırılması 2025-ci ildə ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin də artırılmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün faktiki olaraq ünvanlı yardımın yuxarı həddi artmaqla, daha çox ailənin ünvanlı sosial yardıma çıxışına zəmin yaradacaq.

Ünvanlı yardım ehtiyac meyarının artımını üstələyir

Hazırda təxminən 65 min ailə, təxminən 300 min nəfərə yaxın şəxs sosial rifahının dəstəklənməsində əhəmiyyətli rol oynayan bu sosial təminatla əhatə olunub. Növbəti ildən isə onların həm sırası genişlənəcək, həm də bir nəfərə düşən aylıq yardımın məbləği 10 faizə yaxın artacaq. Belə ki, əgər bir ailənin 5 üzvü varsa və onların rəsmi aylıq gəliri 800 manat təşkil edirsə, bu ailəyə (5 X 285-800=625) 625 manat ünvanlı yardım düşəcək. Hazırda bu rəqəm (5 X 270-800=550) 550 manat təşkil edir. Bu o deməkdir ki, 2025-ci il yanvarın 1-dən bir ailənin ünvanlı sosial yardım məbləği 75 manat artmış olacaq.

Beləliklə, son 5 ildə ehtiyac meyarının 2,5 dəfə artaraq 115 manatdan 285 manata çatdırılması mühüm sosial dinamika olmaqla ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləğinin də illik artımını təmin edir. Belə ki, son 5 ildə ünvanlı yardım alan bir ailənin aylıq müavinəti 3 dəfə artıb. Bu, həm də ünvanlı yardımın ehtiyac meyarının artımını üstələməklə, yaşayış normaları baxımından aztəminatlı ailələrin sosial dəstəyinin təzahürü olduğunu şərtləndirir.

Əlçatanlığın təmin edilməsi

Ümumiyyətlə, son illərdə aparılan islahatlar ünvanlı dövlət sosial yardımın məbləğinin artırılması  ilə yanaşı, bu sistemdə təkmilləşdirmələrin aparılması və ünvanlılığın artımını da əhatə edib. Ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin sosial yardım proqramına əlçatanlığının artırılması sahəsində mühüm addımlar atılıb. Elektron Hökumət Portalında sosial yardım sisteminə daha asan çıxış üçün xüsusi e-bölmə yaradılıb, vətəndaşlara ünvanlı dövlət sosial yardımının alınması üçün fərdi elektron informasiya vasitələrindən (kompyuterlərdən, mobil telefonlardan və s.) istifadə etməklə elektron formada müraciət etmək imkanı təmin edilib. Eləcə də, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə ƏƏSMN “Elektron hökumət” portalı vasitəsilə müvafiq dövlət qurumlarının informasiya resurslarına çıxışı təmin edilib. Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların “Elektron Hökumət” portalı üzərindən aidiyyatı dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi mümkündür. Bütün bunlar məmur təması olmadan yardımların birbaşa elektron sənəd dövriyyəsi əsasında təminatına yönəlib. Hazırda sosial yardım sisteminin təkmilləşdirilməsi işləri davam etdirilir və bu sahədə əlçatanlığın daha da yüksəldilməsi üçün yeni alətlərin tətbiqi nəzərdə tutulur.

Uşaqların sosial müdafiəsi üçün...

Ünvanlı yardımın əsas fəlsəfəsinin əsasən uşaqların sosial müdafiəsinə yönəldiyini nəzərə alsaq, bu sahədə artımlar birbaşa uşaqların sosial rifahını da yaxşılaşdıracaq. Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun əsasında uşaqların aylıq sosial maddi dəstəklə təmin edilməsində ünvanlı sosial yardım ilk yerdə dayanır. 12 ildən artıqdır ki, həyata keçirilən bu sosial yardım strategiyasının əsas fəlsəfəsi məhz uşaqların sosial rifahını nəzərdə tutur. Hazırda ölkəmizdə 65 mindən artıq ailəyə ünvanlı sosial yardım ödənilir, bu, təxminən, 280 min insan deməkdir. Ünvanlı dövlət sosial yardım alan ailələrin üzvlərinin təxminən 60 faizi uşaqlardır, yəni yardımla əhatə edilən insanların ən azı 140 min nəfəri uşaqlardır. Bu o deməkdir ki, bir ailəyə hazırda ödənilən 487 manat ünvanlı yardımın yarısından çoxu uşaqların payına düşdüyündən bir uşağa hesablanmış orta sosial yardım məbləği təxminən 120-125 manat təşkil  edir.

2025-ci ildə ünvanlı sosial yardımın məbləğinin təxminən 10 faiz artaraq 580 manata çatacağı gözlənilir.

Elbrus CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see352

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see350

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see286

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see281

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see236

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see234

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see227

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see209

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see209

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see193

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see193

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see192

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see185

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see182

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see182

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see178

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see172

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see171

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see170

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri