Icma.az
close
up
RU
“Şinelinizi götürüb Ukraynadan rədd olun!” Melnik kəskin çıxış edib

“Şinelinizi götürüb Ukraynadan rədd olun!” Melnik kəskin çıxış edib

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Kiyev paytaxt olanda, Moskva qurbağaların quruldadığı bataqlıq idi”

BMT Təhlükəsizlik Şurasının son iclasında Ukraynanın qurumdakı daimi nümayəndəsi Andrey Melnik Rusiyanın "ukraynalılar və rusların birliyi" haqqında rəvayətlərinə cavab olaraq kəskin çıxış edib.

“AzPolitika” xəbər verir ki, diplomatın çıxışı ciddi rezonans doğurub və müzakirələrə səbəb olub.

Diplomat xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının bundan əvvəlki iclasında Rusiyanın qurumdakı daimi nümayəndəsi Vasil Nebenzya "bir daha ukraynalılar və rusların guya tarixi birliyi haqqında tanış cəfəngiyatlara vaxt itirib".

"O, hətta biz ukraynalıların guya “30 gümüş pula satdığımız” Kiyev rus dövləti haqqında nəsə mızıldandı, icazə verin, tarixi faktları dəqiqləşdirim", - deyə Melnik bildirib.

Ukraynalı diplomat qeyd edib ki, 12-ci əsrin əvvəllərində Kiyev orta əsr Avropasının ən böyük və ən güclü dövlətlərindən birinin paytaxtı olub: "Müasir Moskvanın ərazisi isə o zaman qurbağaların quruldadığı bataqlıqdan başqa bir şey deyildi".

Melnik keçmişdə Moskva hökmdarlarının işğalçı, aqressiv hərəkətlərini xatırladıb. Qeyd edib ki, məhz Vladimir-Suzdal torpaqlarının knyazı Andrey Boqolyubskinin rəhbərliyi altında 1169-cu ildə Kiyev talan edildi və sakinlərinin çoxu öldürüldü.

"Moskva Kiyevə xəyanət etdi və bu günə qədər bu qəddar siyasəti davam etdirir: Kiyevi bombalamaq, Qızıl Qapımızı dağıtmaq, mülki şəxsləri zorlamaq və öldürmək", - deyə daimi nümayəndə vurğulayıb.

Rusiya nümayəndə heyətinə müraciət edərək o, ukraynalıların "xəyali birlik haqqında təhrif olunmuş tarixi dərslərə" ehtiyac duymadıqlarını deyib: "Kiyev 1000 ildən çoxdur ki, möhkəm dayanıb və daha 1000 il də dayanacaq. O, çiçəklənəcək, yenilməz qalacaq və Rusiya onu fəth edə bilməyəcək".

Melnik qeyd edib ki, özlərini dünyanın ikinci ordusu adlandıran Rusiya qoşunları son üç il yarım ərzində cəmi 9300 kvadrat kilometr ərazini ələ keçiriblər. O deyib ki, əgər onlar bu sürətlə irəliləməyə davam etsələr, bütün Ukraynanı ələ keçirmək üçün 183 il lazım olacaq.

"Putin Rusiyanın 12 ildən çox təcavüzdən sonra belə ələ keçirə bilmədiyi əraziləri Ukraynanın döyüşsüz təhvil verməsini tələb edir. Onlar sadəcə sülh danışıqlarını uzatmaq üçün ultimatumlardan istifadə edirlər", - deyə Melnik qeyd edib.

Daimi Nümayəndə həmçinin bildirib ki, Ukrayna qoşunları cəbhədə mövqelərini möhkəmləndirə biliblər və böyük əraziləri azad ediblər.

Sonda o, rus dilində şair Bulat Okucavanın şeirindən sitat gətirib: "Ziyafət bitdi, şamlar söndü... şinelini götür, gedək evə”. Odur ki, şinelinizi götürün və Ukraynadan rədd olun!”.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Mart 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri