Icma.az
close
up
RU
Nə qədər istəsələr, burda olmağa hazıram Rəşad Sadıqov

Nə qədər istəsələr, burda olmağa hazıram Rəşad Sadıqov

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Zirə” Misli premyer-liqasının 35-ci turunda “Sabah”la heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, oyundansonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov görüş haqda fikirlərini bildirib.
- Hər iki komandaya təşəkkür edirəm. Meydanda istəkli idilər. Oyuna tam gücümüzlə hazırlaşmışdıq. Xüsusilə, ikinci hissədə tələb etdiyim oyunu futbolçularım göstərdi. Bu hissədə üstün tərəf biz idik. Ümumilikdə faydalı 90 dəqiqə oldu.
– Gələn mövsüm heyətdə rotasiyalar gözlənilirmi? Bu il hansı klublardan futbolçular hədəfdədi?
- Bəli, yəqin ki, rotasiyalar olacaq. Keçmiş mövsümlərdə “Qəbələ” və “Kəpəz”dən futbolçular heyətimizə qoşulmuşdu. Bu il də müqaviləsi başa çatan futbolçuları diqqətdə saxlayırıq. Bəyəndiyimiz oyunçular çoxdu, lakin konkret olaraq hansı klubdan transfer edəcəyik deyə bir şey yoxdu. Hansı mövqelərə ehtiyac varsa, oraları gücləndirməyə çalışacağıq.
– 71 xal topladığınız mövsümdə çempion “Qarabağ”ın rolunu necə qiymətləndirirsiz? Stadion problemi yaşadığınız vaxt sizə yardım etdilər.
- “Qarabağ”a təşəkkürümüzü bildiririk. Doğrudan da, biz meydan problemi yaşadığımız vaxt onlar bizə şərait yaratdılar. Eyni zamanda, “Neftçi” rəhbərliyinə də minnətdarıq. Onlar da qapılarını bizə açdılar, təlim-məşq bazalarında məşqlər keçməyimizə imkan verdilər. Meydansız heç bir yol tapmaq olmur. Bu iki kluba bir daha təşəkkür edirəm. Öz bazamızın olması isə bizim əsas məqsədlərimizdəndi.
– Əvvəllər deyilirdi ki, yer alınıb. Baza ilə bağlı plan nə yerdədi?
- Bəli, böyük baza inşa etməyi planlaşdırırıq. Amma bunun üçün təbii ki, büdcə lazımdı. Üzərində işləyirik. Gələcək üçün vacib məsələdi.
– Mayın 31-də kubokun finalında kimə azarkeşlik edəcəksiniz?
- Bizim yerimizdə kim olsa, Avropa Liqasına vəsiqə qazanmaq istəyər. “Araz-Naxçıvan”, “Turan Tovuz” bu mövsüm avrokuboklarda iştirak etməyə layiqdi. Təəssüf ki, hansısa komanda kənarda qalacaq. Açığı, “Sabah”ın da avrokuboklarda olmasını istəyirəm.
– Klubla müqaviləniz başa çatır. Gələcək planlarınız necədi?
- Hələlik rəhbərliklə rəsmi danışıqlar aparılmayıb. Ancaq nə qədər istəsələr, burda olmağa hazıram. Yaxın günlərdə bir toplantı planlaşdırılır. Orda məsələ müzakirə olunacaq.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 May 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri