Icma.az
close
up
RU
“Nə yazsam, gəlib Süleyman olurdu...”

“Nə yazsam, gəlib Süleyman olurdu...”

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Uzun zamandır şeir yaza bilmirdim. Nə yazsam, gəlib Süleyman olurdu. Mən də yazmadım, hər şey birdən gözümdə mənasızlaşdı”.

“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri şair Cığatel İsaqızı “Xəzər axşam” verilişində deyib.

O, nəvəsi Süleymanın avtoqəzada həlak olmasından sonra təbinin gəlmədiyini açıqlayıb:

“Artıq hadisənin iki ili tamam oldu. 20 gün idi çalxalanırdım. Şeir də yaza bilmirdim. Uşaqlarıma dedim ki, mən daha şair deyiləm. Getdim bağda göy-göyərti əkdim, sonra heç nə etməyim gəlmədi. Bir elə idim, bir belə. Heç bilmədim kiməm, nəyəm. Torpağın altına baxdım, ölənlərim, üstünə baxdım, qalanlarım. Ona görə də yaşamaq lazımdır. Cığatelim, Əlim, Nurum var. Buna görə də “Hərdən ölməməyim, hərdən ölməyim gəlir” şeirini yazdım”.

Cığatel nəvəsinə yazdığı şeiri mahnıya çevirmək istəməməsinin səbəbinə də aydınlıq gətirib:

“Süleymana yazdığım şeir dillərdə dastan olub. Kimin vəfat edəni varsa, mənim səsimi onların üzərinə qoyub, sosial şəbəkədə paylaşırlar. O qədər ağır günlər keçirmişik ki, evə girəndə zorla gülürük. Atasını, anasını güldürmək, Cığateli ovutmaq istəyirik. Yazdığım şeiri mahnıya çevirib, onların yaralarını dərinləşdirmək istəmirik”.

Qeyd edək ki, sözügedən hadisə 2 il əvvəl Ələt-Astara magistralının Salyandan keçən hissəsində qeydə alınıb. Belə ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - 1987-ci il təvəllüdlü Ağstafa sakini Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün 2014-cü il təvəllüdlü oğlu Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Avqust 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri