Icma.az
close
up
RU
Necə deyərlər özü yıxılan ağlamaz EKOLOQ DANIŞDI

Necə deyərlər özü yıxılan ağlamaz EKOLOQ DANIŞDI

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Sovet vaxtı hamının sevdiyi və hətta indiki zamanda belə sevərək, izlənən məşhur rus filmində olan mahnıda belə deyilir. “У природы нет плохой погоды” yəni “təbiətdə pis hava yoxdur”. Onun hər cür havasını şəxsən mən çox sevirəm xüsusən də qarı, yağışı izləməkdən böyük zövq alıram. Yəqin ki, əksəriyyət mənim bu fikrimlə razılaşır. Necə deyərlər özü yıxılan ağlamaz. Təbiətin qədrini bilmədik və onu istismar etdik. İndidə iqlim dəyişikliyi kimi bəhrəsini görürük". Bu sözləri SİA-ya açıqlamasında "Eko-Aləm" İctimai Birliyinin sədri Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, müasir dövrdə İqlim anomaliyaları artıq adi hala çevrilib: "Qlobal iqlim dəyişikliyi və eləcədə antropagen amillərin təsiri nəticəsində yaranan istixana qazları emissiyalarının yaratdığı uzunmüddətli istiləşmə tendensiyası da ənənəvi meteoroloji amillərə hava sirkulyasiyasına öz təsirini gücləndirir. İndi biz yayın ilk aylarında mülayim qışdan sonra soyuq hava müşahidə edirik. Digər tərəfdən, ola bilsin ki, təbiət ənənəvi isti dövrdə sərin hava şəklində bizə yeni sürprizlər də təqdim etsin.

Yaz fəslində təbiətin belə şıltaqlığı ətraf mühit üçün ciddi nəticələrə səbəb ola bilər. Bu, əkin sahələrinə, yaşıllıqlara, çiçəkləyən ağaclara və çoxillik bitkilərə mənfi təsir göstərə bilər. Qış aylarında qeyri-adi yüksək temperatur təbiətin vaxtından əvvəl oyanmasına səbəb olur və yaz vaxtı sonradan gələn şaxtalar, dolu yağması əkin sahələrini, ağacların tumurcuqlarını və çiçəklərini məhv edə bilər. Bu da öz növbəsində kənd təsərrüfatı məhsuldarlığına mənfi təsir göstərə bilər".

Ekoloq həmçinin vurğulayır ki, qış aylarının mülayim keçməsi özlüyündə kənd təsərrüfatında zərərvericilərin sayının artmasına da təsir göstərir ki, bu da məhsuldarlığın aşağı düşməsi üçün xüsusi narahatlıq doğurur: "Mülayim qış şəraitində bu zərərvericilərin sağ qalma şansı daha yüksəkdir, bu da yaz yay aylarında bitki xəstəliklərinin yayılmasına səbəb ola bilər və bu da məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarar.
İqlim dəyişikliyi Quraqlıq, daşqın və yanğınlar kimi daha tez-tez baş verən və daha şiddətli ekstremal hadisələr, yaşayış mühitinin pozulması, su dövranındakı dəyişikliklər, yüksək istilik stressi insanlara və həmçinin əksər heyvan populyasiyalarına təsir edir. İqlim dəyişikliyi quşların davranışına da əhəmiyyətli təsir göstərir. Bir çox quşlar adi miqrasiya yollarını dəyişir ki, bu da ekosistemlərdə ciddi disbalansa gətirib çıxarır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri