Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Özü yıxılan ağlamaz!

Özü yıxılan ağlamaz!

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

yarımfinal, cavab oyunu 
Qarabağ (Ağdam) - Araz-Naxçıvan 3:0 (0:0)
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov (81. Kevin Medina, 87), 90. Nəriman Axundzadə, 10. Abdulla Zubir (k), 7. Yassin Benzya (66. Patrik Andrade, 77), 8. Marko Yankoviç (24. Aleksey İsayev, 83), 9. Kadi Borses (21. Aleksey Kaşuk, 83), 2. Mateuş Silva, 15. Leandro Andrade (22. Musa Qurbanlı, 83). 
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 19. Redon Cica, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov. 
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev (20. Turan Vəlizadə, 81), 34. Urfan Abbasov (2. Slavik Alxasov, 81), 6. Vadim Abdullayev (k) (7. Ülvi İsgəndərov, 74), 26. Ömər Buludov, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriges (10. Bernardo Dias, 74), 8. Karlos Jatoba (14. Miço Kuzmanoviç, 81), 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 22. Elçin Mustafayev, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov.
Baş məşqçi: Elmar Baxşıyev.
Qollar: Y.Benzya, 65 (1:0). N.Axundzadə, 70 (2:0). T.Bayramov, 77-p. (3:0). 
Vərəqələr: Y.Benzya, 43 (qeyri-idman hərəkəti). F.Santos, 90+3 
(hakimin qərarına etiraz) - sarı. 
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev (hamısı Bakı). 
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Rauf Cabbarov (Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
23 aprel. Bakı. Tofiq Bəhrəmov adına Respublika stadionu. 1300 tamaşaçı. 
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub. 
İlk oyun - 0:1. 
Əslində bu oyun tam fərqli hesabla bitə bilərdi. Onda biz bu gün “Araz-Naxçıvan”ın tarixində ilk dəfə finala yüksəlməsini “vəsf edəcəkdik”. Özü də ilk oyunun nəticəsi bunun üçün münbit şərait yaratmışdı. Amma “Qarabağ” kimi rəqiblə oyunda nadir qol vəziyyətlərindən yararlana bilmirsənsə, sonra hamılıqla müdafiəyə çəkilirsənsə, belə məğlubiyyət qaçılmazdı. Odu ki, “Araz-Naxçıvan” düşərgəsinin, xüsusən də baş məşqçi Elmar Baxşıyevin başqalarını, tutaq ki, hakimi suçlamaq əvəzinə günahı yetirmələrində, qollarda kobud səhvə yol verən Urfan Abbasovda və oyundaşlarında axtarmalıdı. Necə deyərlər, özü yıxılan ağlamaz!
Oyuna fəal başlayan “Araz-Naxçıvan” artıq 4-cü dəqiqədə hesabı aça bilərdi. Cərimə zərbəsini yerinə yetirən Qara Qarayev topu qapı qarşısına göndərdi, ancaq Jatobanın baş zərbəsindən sonra top tirə tuş gəldi. Koxalski bu epizodda gücsüz idi. 18-ci dəqiqədə naxçıvanlılar növbəti dəfə qola yaxın oldu. Koxalski onunla təkbətək çıxan Felipe Santosu qabaqlayıb təhlükəni uzaqlaşdırsa da, qapını da boş qoydu. Belədə Maçadonun üzərinə düşən iş boş qapını nişan almaq idi. Amma braziliyalı bunu bacarmadı.
Ağdamlıların ilk təhlükəli hücumu 34-cü dəqiqəyə təsadüf etdi. Mateuş qapı qarşıslna ötürmə verdi, ancaq Zubirin zərbəsi dəqiq olmadı.
Qurban Qurbanovun oyunun belə axarından narazı qaldığı aydın idi, təbii ki, komandası 2-ci hissədə fərqli oynayacaqdı. Düzdü, 2-ci hissənin əvvəlində naxçıvanlılar, daha dəqiqi, Felipe iki yaxşı imkanı “dəfn etdi” Birincidə yenə onu bağışlamaq olardı, yaxşı mövqedə qərarlaşmamışdı, amma 55-ci dəqiqədəki qol imkanına nə deyəsən?! Urfan sol cinahla irəliyəndən sonra cərimə meydançasında qərarlaşan Felipeni gördü. Braziliyalı sakitcə topu Koxalskinin qoruduğu küncə göndərməliydi. Bacarmadı və “Araz-Naxçıvan”ın faciəsinin əsasını qoydu. Özü də “qırmızı-ağlar” elə kuryoz qol buraxdılar ki… Kadi cərimə meydançası daxilində topu itirsə də, dərhal Vadimdən alıb – bu vaxt Urfan müşahidəçi mövqeyində idi - Benzyaya ötürmə verdi. Yassinin zərbəsindən sonra Jatobaya dəyən top tora daxil oldu.
Bəlkə də qonaqlar oyunun axarını dəyişə bilərdi. Ancaq onlar tezliklə 2-ci qolu da buraxdı. 70-ci dəqiqədə Yankoviçlə Leandronun qurduğu kombinasiyası yenə sağ cinahdan cərimə meydançasına ötürmə ilə bitdi. Nəzarətsiz qalan Nəriman karyerasındakı ən asan qollardan birini vurdu. 0:2 də dünyanın sonu deyildi, oyunu xilas etmək olardı. Amma 76-cı dəqiqədə naxçıvanlıların ümidləri bitdi. Bəlkə belə demək daha doğru olar: Urfan növbəti dəfə sözün pis mənasında səhnəyə çıxdı. Leandronun cərimə meydançasına ötürməsinin qarşınını başqa cür almaq olmazdımı? Təbii ki, olardı. Uzatma dəqiqələrində meydan sahibləri ikinci dəfə penalti qazanmağa yaxın idi. Slavikin uzaqlaşdırdığı top Zubirin, ardından Patrikin zərbəsi Turan Vəlizadənin qoluna dəydi. Referi əvvəlcə VAR-da oturanlarla məsləhətləşəndən, sonra özü monitorda epizodu izləyəndən sonra “nöqtə”ni göstərməyə ehtiyac duymadı. Təbii ki, bu artıq xırda məsələ idi. “Araz-Naxçıvan” üçün “Qatar getmişdi”.
Gözdən qaçmadı
* Oyun günü Bakıda hava münasib olsa da, tribunalara cəmi 1300 azarkeş toplaşmışdı. Onlardan cəmi 15-i “Araz-Naxçıvan”ı dəstəkləyirdi. 
* 44-cü dəqiqədə əvvəlcə mərkəzi sektorlar “Şəhidlər ölməz, vətən bölünməz” şüarını qışqırdı. Ardından yan sektorlarda əyləşənlər də bu şüara qoşuldu.
* 4-cü hakim Əliyar Ağayevlə qonaqların oyunçusu Slavik Alxasov fasilədə mehribancasına söhbət edirdi.
* Nuno Rodriges 74-cü dəqiqədə əzəblənərkən meydanı əks tərəfdən tərk etdi, nəticəyə görə qəzəbini su butulkasını təpikləməklə çıxdı.
* Urfan Abbasovun oyunundan narazı qalan Elmar Baxşıyev əvəzlədiyi müdafiəçinin əlini sıxmadı.
* Referi VAR epizodlarına hədsiz çox vaxt sərf edir, bu da futbolçularda haqlı narazılıq doğururdu. Uzatma dəqiqələrində epizod incələrkən Felipe ona məsləhət də verdi: “look before”, yəni epizodun əvvəlinə bax.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see608

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see315

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see224

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see213

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see207

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri