Icma.az
close
up
RU
Necə sevməyəsən o gur selləri?...

Necə sevməyəsən o gur selləri?...

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nurəddin İSMAYIL

Azərbaycan xalqının minillər ərzində formalaşdırdığı, özündə yaşatığı bir çox adət və ənənələri, xüsusi şövqlə, təntənə ilə qutladığı bayramlar sırasında Noruz bayramının xüsusi yeri var.

Tarixi, əsrlərin dərin qatlarına gedib çatan bu bayram, yeni ilin gəlişini bildirən, insana xoş övqat aşılayan, onun ruhunu öxşayan, insanı ana təbiətə səsləyən, varlığın əsasında duran dörd ünsürün - odun, suyun, yelin, torpağın - insan həyatı üçün nə qədər önəmli olduğunu özündə əks etdirən ən gözəl bayram kimi bu gün də öz dəyərini qorumaq əzmindədir.

Uzun illər, bu tayımızda milli ruhun cəlladları rolunda çıxış edən sovet rejimi, o tayımızda molla rejimi tərəfindən keçirilməsinə, el birliyi ilə qeyd edilməsinə yasaqlar, məhdudiyyətlər qoyulmasına baxmayaraq, xalqımız Novruz bayramını özünün milli mədəniyyət menyusundan çıxarmamış, əksinə daha gözəl zənginliklərlə bəzəmişdir. 

Novruz bayramının ağır-əzizliyi, milli ruhumuzla uyuşması, coşqusu, qədimliyini ortaya qoyan ritualları, yarandığı gündən bu yana şifahi və yazılı ədəbiyyatmızda və sonrakı dövrlərdə filimlərimizdə geniş əks olunmuş, nəsildən nəsilə xalqın yaddaşında silinməyən iz buraxmışdır.

Novruz bayramı yeniləşmənin, təzələnmənin, qış yuxusuna getmiş təbiətin, hərarətli yazla əvəzlənmənin, bu dəyişilmələrin insan düşüncəsində, övqatında özünü bariz çəkildə əks etdirmənin parlaq təcəssümüdür. Bu bayramın səhnələşən hər ayini, ritualı onun daşıyıcısı olan xalqımızın qədim tarixindən, adət-ənənəsindən, təbiətə, insanlığa xoş çağrışından, dünya mədəniyyətinə bəxş etdiyi zəngin mədəni irsindən xəbər verir. Qışın sərt ağırlığında süstləşən bədən, yorğun düşən ruh qaynar doğa ilə iç-içə olmağa, hərəkətə gəlməyə can atır. Dağların qarı, buzu oralarda şox qala bilməyəcəyinin fərqindədir. Onun barınaq yeri indi su şəkilində axıb gəldiyi çaylar dərələr olacaq, onun axarından cana gələn, bəhər götürən torpağın bağrı olacaq. Qış günəşi torpağın büründüyü qar yorğanını kənara atıb, qızmar şüasını torpağın bətninə yönəldəcək. Xoş müjdəli əsim-əsim yellər gəlib, ruhumuzu təzələyəcək. Əkinçilər, biçincilər hər cür bərəkət mənməyi torpağın yolunu tutacaq.

Novruz köhnə ilin umu-küsülərini onun gül üzünə daşınmasını sevmədiyindən, adamları barışa səslər. Küsənlər barışsın gərək.

Novruz ilahi yaranışdan odun insan həyatında rolunu ona xatırladar, qalanan tonqallara, hənirtili ocaqlara səslər, bizləri.

Novruz təbiət qoynunda hər kəsin öz rolunu oynadığı böyük tamaşa salonudur. Bahar rəmzi səməni becərən, yumurta bəzəyən, sənəklərdə su daşıyan, aydınlıq suyunu bir-birinin üzərinə səpən, həyət-baca süpürən, damda, daxmada səliqə-səhman yaradan, bacadan şal sallayan, şar atan, qohum-əqrabaya bayram payı aparan, ləziz nemətlərlə süfrə bəzəyən, şəbeh çıxaran el adamları bu tamaşanın əsas qəhrəmanlarıdır.

Böyük şairimiz M.H.Şəhriyarın “Heydərbabaya salam” poemasında Azərbaycan xalqının bir çox dini, milli adət-ənənəsi öz əksini tapdığı kimi, Novruz bayramı da tam dolğunluğu ilə əks olunmuş və ustad sənətkar bu mənzuməsində misraların diliylə Azərbaycanın etnoqrafik mənzərəsini canlandırmışdır.

Bayram yeli çardaxları yıxanda,

Novruz gülü, qar çıçəyi çıxanda,

Ağ buludlaq köynəklərin sıxanda,

Bizdən də bir yad eyləyən sağ olsun,

Dərdlərimiz qoy dikəlsin dağ olsun.

Bayram idi gecə quşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

Bayram olub, qızıl palçıq əzərlər,

Naxış vurub otaqları bəzərlər,

Taxçalarda düznələri düzərlər,

Qız-gəlinin fındıqçası, hənası,

Həvəslənər anası, qaynanası.

Şükürlər olsun yaradana, beş il əvvəl niskillə, alayarımçıq, yurdun bir hissəsində qeyd etdiyimiz Novruz bayramını indi bütün vətən boyunca, ürəyimzcə keçirmək haqqına sahib olduq. İndi Novruz tonqalları Şuşamızda, Laçınımızda və Vətənin işğaldan azad olan bütün guşələrində zəfər ruhu ilə qutlanır.

Bizdən dəyərli oxucularımıza bir Novruz mənzuməsi ərmağan olsun.

Bayramınız və bayramımız mübarək olsun!

Gülür al-əlvan geyinib bu yaz səhəri,

Hər gülü, çiçəyi gözümə gülür.

Qoynunda gəzdiyim ana təbiət,

Ruhumu oxşayıb, üzümə gülür.

Çaylar şəlalə tək çağlayıb daşır,

Keçilməz yolları, sədləri aşır,

Sanasan eşqindən qaynayıb coşur,

Sinəmdə alışan közümə gülür.

Nəğmələr söyləyir əsən yelləri,

Darayır pərişan, zərif telləri,

Necə sevməyəsən o gur selləri,

Dərədən boy atıb düzümə gülür.

Oyanır torpağın yuxudan gözü,

Lalələr, nərgizlər bəzəyir düzü,

O şirin ləhcəli, o ala gözü,

Gördüm şeirimə, sözümə gülür.

Yurda bahar gəlir, əllərdə xonça,

Sarmış hər tərəfi gül qönçə-qönçə,

Şənlənən uşaqlar baxıb doyunca,

Vəsfini yazdığım yazıma gülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Mart 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see241

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri