Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

SUVERENLİK o, hardan başlayır, necə tamamlanır?

SUVERENLİK o, hardan başlayır, necə tamamlanır?

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əkbər QOŞALI

“Hardan başlanır Vətən?” — belə bir poetik sual vardır və o sual, əslində, yalnız poetik olmayıb və yalnız Vətənin sınırlarını bildirməməkdədir. Əgər dövlət müstəqilliyi, suverenlik, ərazi bütövlüyü, tarixi-mədəni, ruhi coğrafiyaya mənəvi yiyə durma, qoruma imkanı yoxdursa, tikanlı-tikansız məftillər sarınmış sınır dirəklərinin harada olmasının yaxud rəsmi sınırların dərin anlamı qalırmı? Dərin anlam olmazsa, üfüqgenişliyi, ondan üstün üfüqötəsi görünərmi ola?.. Ruhi-mənəvi sınırların idrakı, əlbəttə, ölkəiçi firavanlıq, sabitlik, siyasi iradə, inkişaf, birlik, ruh sağlığı və b. faktorlarla sıx bağlıdır.

Bəli, dövlətin ideoloji sınırlarını qorumağın önəmi — mövcud uluslararası təcrübə və Azərbaycan üçün çağırışları da ifadə etməkdədir.

Müstəqil dövlətçilik öz ideoloji məkanını — ulusun kimliyini, tarixini, mədəni yaddaşını və siyasi-sosial konsensusu təmin edən dəyər və normativ çərçivəni qoruyub saxlamalıdır. Dövlət müstəqilliyinin bərpasından bir qərinə keçsə də, biz ərazi bütövlüyümüzü, suverenliyimizi daha yenicə bərpa etmişik və bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli”dir. Çağdaş Azərbaycan Respublikasının öz Konstitusiyasını qəbul etməsindən 30 il keçir. Odur ki, bu kimi mövzuların özəllik və önəm daşıması çox təbiidir. Bu təbiiliyi — dost, qonşu olanlar və dost, qonşu ola bilməyənlər daxil — yaxın-uzaq coğrafiyalarda görür, bilir, eşidirik: örnəyi, Güneyli Quzeyli Qafaqzda, Arazın o tayında, qardaş Türkiyədə, Türküstandakı qardaş ölkələrdə, Çində, ABŞ-da, Avropada və b…
Yəni uluslararası trayektoriyalara baxdıqda bir məqam aydın görünür: dövlətlər indi yalnız gələnəksəl təhlükələrə yox, həm də ideoloji, informasiya və maliyyə təsirlərinə qarşı da sərt tədbirlər görülməsinə meyllidir. Örnəyi, son illər tez-tez siyasi təlatümlər yaşayan qonşu Gürcüstanda hakimiyyət demokratiyanın konkret problemləri üzrə dartışmalara səbəb olan addımlar atmaqda siyasi əzm nümayiş etdirir. — Bu isə “Gürcü Arzusu”nun (ქართული ოცნება–დემოკრატიული საქართველო) təhlükəsizlik və sabitlik arqumenti üzərində hərəkət etdiyini göstərir. Gürcü liderlər həm Rusiyanın qamarğaladığı muxtar ərazi vahidlərini azad etməyi, həm də Avropanın ləbbey deyəni olmamağı bacara biləcəkmi? — Bilmirəm — Təki bacarsınlar.

Paşinyan və siyasi həmfikirlərinin “Vətəndaş Müqaviləsi” (“Քաղաքացիական պայմանագիր կուսակցություն”) də öz kursunu qorumaq üçün dini-siyasi, hərbi-siyasi və b. qarşı fikirlilərin mövqe və mövqesizliklərini ciddi şəkildə izləyir, yeri gəldikcə qəti addımlar atmaqdan da çəkinmir. Əks təqdirdə, əlbəttə, Rusiyanın forpostluğana tam və bəlkə geridönməz şəkildə qayıtmış ola bilərdi…

Qardaş Türkiyə bizə, digər qonşularımızdan daha yaxındır — çünki qardaşdır, dostdur, üstəlik, “Şuşa Bəyannaməsi” kimi qutlu bir bəlgəmiz var. Türkiyənin çox populyar “Ali dövlət mənfəətləri” (Devletin Ali Menfaatleri) qavramı bizə yaxşı tanışdır.
Burada, dövlət çıxarı ideyasının içində dövlətlə yanaşı mövcud olan bir mahiyyətin olması önplana çıxır.
Dövlətin ali çıxarlarının qorunmasına yönəlmiş siyasi təcrübənin tarixi dövlətlərin tarixi qədər qədimdir. Ona görə də əminliklə deyə bilərik ki, hökumətin hikmətinin müzakirəsi mütləq siyasi antropoloji cəhddən başlamalıdır. — Yəni dövlətin mahiyyətini insan təbiətinin və toplumun davranış kodlarının içindən oxumaq gərəkdir.
Qardaş ölkə hakimiyyətinin “5-ci kolon”(lar)la bağlı rahatsızlıqlarına qarşı reaksiyaları özünəxas bir qətiyyət örnəyidir. 
Digər qardaşlarımız — Türküstandakı qardaş ölkələr, özəlliklə Qazaxıstan və Özbəkistan “dış təsirlər”ə qarşı profilaktik və reaktiv addımlar atır. Qazaxıstan dış kadr və strukturlarla bağlı tənzimləmələri sərtləşdirərkən, digər qardaşımız Özbəkistan həm radikal dini şəbəkələrə, həm də köhnə nomenklatur və dış təsirə bağlı (fiziki, habelə hüquqi) şəxslərə qarşı islahat və məhdudlaşdırıcı tədbirlər həyata keçirib. Bu addımların məqsədi — dövlət yönətiminin, ulusal strategiyanın və ictimai sabitliyin təminatı üçün dış, iç təzyiqləri neytrallaşdırmaqdır. Biz öz evimiz, öz ocağımız sayılan Türk Dövlətləri Təşkilatındakı qardaşlarımızın durumuna biganə qalmamaqda haqlıyıq. Hansımızda qabaqcıl və ya zəruru addımlar varsa, onlar örnək alına bilərsə, qarşılıqlı fikir alış-verişinin ümumi işə yalnız xeyri toxunar. Eləcə də, GUAM ortaqlarımızla… Bizimlə ədalətli barışa gəlmək və əsassız, anlamsız “əvəzçıxma” azarından arınmaq zorunda qalan Ermənistanda olub-bitənlərə biganə qalmağımız mümkün deyil.

“Bir kəmər, bir yol” qlobal layihəsinin başlanğıc ölkəsi Çinin örnəyi isə yeni tip suverenlik anlayışını — kiber və informasiya suverenliyini — praktikada tətbiq etməsi ilə bağlıdır. Çin kibertəhlükəsizlik qanunları və bilgilərin ulusal dənətləmə mexanizmləri vasitəsilə illərdir, rəqəmsal məkan üzərində dövlət nəzarətini möhkəmləndirir. — Bu, informasiya müstəvisində ideoloji müdafiənin necə texnoloji və hüquqi alətlərlə təmin oluna biləcəyini göstərən aydın misaldır. 

Sülhməramsız Kreml isə “Dış agent” qanununu işləyib. Dış agent (Иностранный агент) — Rusiyada dışarıdan dəstək alan və ya "dışarı təsir" altında olan şəxslərə verilən statusdur. — Anlayış 2012-ci ildə "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklərin qəbulundan sonra ortaya çıxıb. Kreml və tərəfdarları qanunun ABŞ-ın FARA (“Foreign Agents Registration Act” — “Dışarı Agentlərin Qeydiyyatı”) adlanan qanunundan daha yüngül olduğunu bildirirsə, görün yaxın-uzaq durumlar necədir, necədir…

Bəs bu və bənzəri uluslararası tendensiyalar Azərbaycana hansısa ismarıclar verirmi?
Bəli, ölkəmizdə xalq-iqtidar birliyi güclüdür, bununla belə, iç və dış anti-Azərbaycan elementləri marıqda deyilmi? Ənvəroviçin çevrəsi, onun zehniyyətində və zehniyyətsizliyində olan qüvvələr, qüvvəsizlər özləri üçün bəlkə “X günü” azarındadır? Bu buraxma “X günü” deyimi radikalların — AXCP və onlarkimilərin 20-25 il bundan öncəki havalarını, havasızlıqlarını yada salır. Yox, bir “İqrek günü”, “Zet günü”…
İllər keçir, dünya dəyişir, düşmən işğalına son qoyulur, ərazi bütövlüyü və suverenlik bərpa olunur “amma, ancaq və lakin” radikallar öz “balaca dünya”larından çıxa bilmir ki bilmir…

Gerçəkliyi gözardı etmək olmaz: qonşu ölkələrin atdığı sərt addımlar — bəzən məqbul demokratik rahatsızlıqlar yaratmaqla yanaşı — həmin dövlətlərin milli təhlükəsizliyini, yönətimini və dış təsirlərdən müdafiəsini gücləndirməyə yönəlmiş tədbirlərdir. Söz vaxtına və yerinə çəkər, indilərdə bu mövzuda KİV-lərdə, sosial mediada bir neçə yazı, rəy, statusla tanış oldum; aydın görünür ki, Azərbaycan üçün məntiqli yanaşma belə olmalıdır: uzunmüddətli, səmərəli ideoloji müdafiə strategiyası qurulmalıdır. Bu, əlbəttə, yalnız həbslərdən, qadağalardan ibarət ola bilməz və hüquqi, mədəni-təhsil, informativ, iqtisadi tədbirlərin kompleks zərfini nəzərdə tutur.

Daha konkret olsaq, nələr ilk sırada edilməlidir? —

1. Hüquqi çərçivənin gücləndirilməsi: Dışarıdan maliyyələşmə, informasiya savaşları və terrorçuluqla bağlı qanunların aydın, uluslararası hüquqa uyğun və sübutlara əsaslanan tətbiqi təmin edilərkən dövlətin ali mənfəətləri ilə tarazlıq saxlanmalıdır;

2. İnformasiya meydanında aktiv müdafiə: Dövlətin milli platformları, medianın şaxələndirilməsi, sosial medianın şəffaflığı və ictimai-təhsil proqramları ilə “ideoloji immunitet”in formalaşdırılması əsas prioritet sayıla bilər;

3. Dışarıdan maliyyələşmənin şəffaflığı: QHT-lərə, partiyalara dışarıdan gələn vəsaitin tam açıq trayektoriyası qanun çərçivəsində nəzarətə götürülməlidir; bu, dışarıdan yönəldilmiş təsirlərin maliyyə bazasını daraldar;

4. Profilaktik və inteqrativ siyasət: Gənclərlə iş, mədəni proqramlar, bölgəsəl inkişaf layihələri və informasiya təhsili ilə həssas qrupların radikallaşmasına qarşı profilaktik addımlar aparılmalıdır;

5. Hüquqi tədbirlərdə prinsipiallq: Hakimiyyət hər hansı siyasi gücə qarşı hərəkət edəndə toplumda parçalanma yaratmağa, uluslararası rəyə mənfi təsir göstərməyə, qalib ölkə imicini sıfırlamağa istəkli olanlar bulunacaq — onlatın istəyini gözündə qoymaq fərzdir…

Uzun sözün qısası,
hazırkı mürəkkəb uluslararası situasiyada dövlətimiz tərəddüdsüz olaraq özünün həm ərazi, həm də ideoloji suverenliyinin müdafiəsi üçün tədbirlər görmək durumundadır. Bu tədbirlər həm ulusal çıxarları, həm də uluslararası hüquq prinsiplərini nəzərə alaraq dəngəli, uzaqgörən olmaqda haqlıdır. Uzunmüddətli, səmərəli sabitlik üçün hüquqi, təhsil, mədəni və iqtisadi siyasətlərin sinxronlaşdırılmış zərfi gərəklidir. Dövlət ulusun içdən möhkəmlənməsini, qıraqdan gələn təsirlərə qarşı immunitet qazanmasını və eyni zamanda vətəndaş hüquqları və s. prinsiplərin qorunmasını öz məqsəd və görəvləri içində görməyi haqq edir. — Suverenlik həm güc, həm də ədalət tələb edir. Biz Qarabağda, Gündoğarda ədaləti güclə həll etdik, bundan sonra gücümüzü ulusal ədalətlə taclandırmaqdan zövq alacağıq…
Qalib ölkənin vətəndaşı necə yaşamalı, çalışmalı, inkişaf etməlidirsə elə də olacaq.
Qalib ölkənin ictimai-siyasi, ideoloji həyatı, gündəmi necə olmalıdırsa, elə olacaq. — Altetnativlərin ən yaxşısı belə deyilmi?

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri