Icma.az
close
up
RU
“Nefrologiya və Hemodializ Məktəbi” elmi praktik konqresi...

“Nefrologiya və Hemodializ Məktəbi” elmi praktik konqresi...

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Gömrük Hospitalının həkimləri tədbirdə çıxış ediblər

Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov, Nefrologiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov və həkim-infeksionist Mədinə Abdullayeva TƏBİB, Azərbaycan Nefroloqlar Cəmiyyəti, Yeni Klinika və TƏBİB Akademiyasının təşkilatçılığı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlığı ilə Yeni Klinikada keçirilən “Nefrologiya və Hemodializ Məktəbi” adlı elmi-praktik konqresdə elmi fikirlərini bölüşüblər.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov “Hemodializ xəstələrdə rast gəlinən kardioloji fəsadlar”, həkim-infeksionisti Mədinə Abdullayeva “Hemodializ alan pasiyentlərdə tez-tez rast gəlinən infeksiyalar” və Nefrologiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov “Kardioloji risk qrupu xəstələrdə dializ növünün seçimi və parametrlərinin optimallaşdırılması” mövzularında çıxış ediblər. Konqresdə Mərkəzi Gömrük Hospitalının Nefrologiya şöbəsinin həkim-rezidenti Leyla Elmarlı iştirak edib. Həmçinin, konqres çərçivəsində Dr. Nabil Seyidov klinik təcrübəyə əsaslanaraq “Ürək-ağciyər reanimasiyasının əsasları” və Dr. Mirmənsim Məmmədov “Hemodializ kateterlərinin yerləşdirilməsi” mövzusunda praktiki təlim də keçiriblər.
Elmi-praktik məzmunu ilə seçilən bu konqresdə çıxışlar hemodializ alan xəstələrdə multidisiplinar yanaşmanın vacibliyinə, kardioloji və infeksion fəsadların idarə olunmasına və müalicə protokollarının optimallaşdırılmasına dair mühüm məlumatları əhatə edib. Mərkəzi Gömrük Hospitalının həkimlərinin iştirak və təqdimatları tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Zakir Rəhimli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 İyun 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri