Icma.az
close
up
RU
Nəfsə qarşı mübarizə yenə gündəmdədir: Qurban bayramı İslamın ən böyük sınağıdır

Nəfsə qarşı mübarizə yenə gündəmdədir: Qurban bayramı İslamın ən böyük sınağıdır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İslam dünyasının 2 müqəddəs bayramından biri – Eyd-əzha – Qurban bayramı yaxınlaşmaqdadır. Və bu bayramın fəlsəfəsini, mahiyyətini anlamayanlar, anlamaq istəməyənlər “ənənəvi” olaraq yenə də hücuma keçərək, “alternativlər” təqdim edirlər: “Qurban kəsmək əvəzinə filan işi görün”, “heyvan kəsmək nəyə lazımdır, ondansa ehtiyacı olana kömək edin”, “qan axıtmaq vəhşilikdir” və sair fikirlər yürüdürlər. Guya ki il boyu heç kəs qoyun, dana kəsmir, əti şişə çəkib kabab yemir... Elə Qurban bayramı yaxınlaşanda qan tökməyin pis əməl olması yada düşür. İl uzunu sosial şəbəkələrdə yardıma möhtac olanların, xəstəliklə mübarizə üçün maddi kömək umanların  paylaşımlarını görürük. Kömək edən də olur, etməyən də. İldə bir dəfə insan öz ürəyincə, könlü istəyir deyə, müqəddəs bayramda heyvan kəsə bilməz? Zatən, kəsilən heyvanın ətindən qohum-qonşuya, ehtiyac olana paylanılır. Qurbanlığın missiyasından da, qaydalarından da biri budur. Başlıca missiya isə nəfsə qarşı mübarizə, imanın, təqvanın təsdiqidir. Rəbbimiz bəndəsini gücü çatmadığı işə məcbur etmir heç vaxt. "Qurani-Kərim"də qurban kəsmək Həccdə olanlara vacib buyrulur, bunun da öz mahiyyəti, məntiqi izahı vardır. Həccdən kənarda olanlar üçünsə “imkanı çatan” qurban kəsə bilər, buyurulur. Burada anlaşılmayacaq nə var ki, bəziləri dinimizi gözdən salmağa fürsət gözləyirmiş kimi bayram gəlməmiş qanqaraçılıq salmağa, insanların niyyətlərinə təsir etməyə çalışırlar? Diqqət etsək, görəcəyik ki, cəmiyyətimizin yadına yalnız ildə 3 dəfə mərhəmət və maarifçilik düşür: Ramazan, Qurban bayramı və Məhərrəm ayında. Cəmiyyətimiz sırf dini bayram və ayinlərə mənfi fokuslanıb. Halbuki mahiyyətə açıq zehinlə varsalar, göstərilənlərin cəmiyyətə ziyan deyil, əksinə, fayda verəcək detallarla zəngin olduğunu görərlər. Görmək istəyən görər.


Fətva verildi

Qurban bayramı ilə bağlı  Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası hər il fətva verir. Bu il də istisna olmayıb. Fətvada bildirilib ki, Şamaxı Astrofizika Rəsədxanasının məktubuna əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zül-hiccə ayının 10-na - Miladi təqvimlə iyunun 6-na təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi iyunun 6-dan başlayaraq üç gün davam edə bilər. Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkənin Mina ərazisində Həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri bəyənilmiş sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı ən azı bir il, öküz və inək iki il, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. İyunun 6-da məscidlərdə Bayram namazları qılınacaq. Azərbaycanda 6-7 iyun Qurban bayramı günləri qeyri-iş günü elan edilib.


İzah edildi

QMİ sədrnin müavini Hacı Fuad Nurullayev izah edərək bildirib ki, qurbanlıq minimum xırdabuynuzlu heyvanlardan - qoç, qoyun, keçidən kəsilir. Xırdabuynuzlu heyvana bir neçə insanın şərik olması məsləhət görülmür. İstisna ola bilər ki, iki nəfər şərik olub bir xırdabuynuzlu heyvanı kəsə bilər. Hərə öz adından bir xırdabuynuzlu heyvanı kəssə, daha gözəl olar. Lakin iribuynuzlu heyvana bir neçə insan şərik ola bilər. 5, 7, 10, 15 nəfər mümkündür, burada heyvanın çəkisi rol oynayır. Xırdabuynuzlu, iribuynuzlu heyvanlar və bir də dəvədən qurban kəsilə bilər. F.Nurullayev vurğulayıb ki, qurban kəsimində heyvanın yaş faktoruna da çox önəm verilməlidir: “Xırdabuynuzlu heyvanların yaşı 8 ay və ondan yuxarı olmalıdır. İribuynuzlu heyvanın yaşı 1 və ondan yuxarı olsa, daha yaxşı olar. Qurbanlıq dəvənin isə 5 yaşı olmalıdır”. Qurum rəsmisi əlavə edib ki, kəsilən heyvan 3 hissəyə ayrılmalıdır: “Bir hissəsini kəsən insan öz ailəsi üçün istifadə edə, ikinci hissəsini yaxın qohum-əqrəbasına, üçüncü hissəni isə kənar insanlara paylaya bilər. Əgər heyvanı kəsən insanın o ətə ehtiyacı yoxdursa, onun hamısını imkansızlara paylaya bilər. Heyvanın əti bölünərkən bədən əzalarından hər birindən paylara əlavə edilməlidir”.


Yerlər təyin olundu

Qurban bayramına hazırlıq mərhələsi demək olar ki, başa çatıb. Hazırda respublikada 135 məntəqə, o cümlədən Naxçıvan Muxtar Respublikasındakı məntəqələr heyvanların satışı və kəsimi üçün hazırdır. 77 ünvanda bu proses həyata keçiriləcək. Digər ünvanlarda isə heyvanların satışı aparılacaq. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə müsahibəsində bildirib. “Bu məntəqələrin potensialı gün ərzində 10 min başdan çox heyvanın kəsiminə və 33 mindən artıq heyvanın satışına imkan verir. Bu da tələbatın tam qarşılanmasını təmin edir. Kəsim məntəqələri olmayan yerlərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar çadır tipli kəsim məntəqələrindən istifadə ediləcək. Bu məntəqələr Zəngilan, Cəbrayıl, Füzuli, Şuşa, Ağdərə, Babək, Şərur və Ordubad rayonlarında, eyni zamanda, Bakı şəhərində 2 yerdə və Quba şəhərində yaradılacaq. Vətəndaşlarımız qurbanlıq heyvanlarla təchiz olunmuş marketlərin xidmətlərindən də istifadə edə bilərlər. Respublikada 16 ünvanda bu proses həyata keçiriləcək”, - deyə Q.Əbdüləliyev vurğulayıb.


Və “məsləhət” də verildi


“Vəhdət” Partiyası sədrinin müavini, tarixçi Vasif  Əfəndi sosial şəbəkədə belə bir paylaşım edib:

“İslam dinində bəyəndiyim adətlərdən biri qurban bayramı olsa da, bunun yalnız heyvan kəsmək kimi qəbul olunmasını yanlış hesab edirəm. Bu bayramın adı qurban və paylaşma bayramı olaraq qəbul edilməlidir və qan tökməklə deyil, imkansız ailələrə təsirli yardımlar etməklə qeyd olunmasını istəyərdim. Məsələn, bu ərəfədə ödənişli təhsil alan tələbələrin təhsil haqqının ödənməsi və ya ağır xəstələrin müalicə ehtiyaclarının qarşılanması kimi addımlar atılsın. Fərdi qaydada böyük məbləğdə "qurban" etmək imkanı olmayanlar isə bir fond təsis edərək bir qoçun pulu həcmində para yatırsınlar. Bu fonda hətta az imkanı olanlar da az miqdarda ödəniş edə bilərlər. Fonda toplanan vəsaitə nəzarət qətiyyən din adamlarına tapşırılmamalıdır. Nəzarəti tanınmış ictimai xadimlər, ağsaqqalar, aktyor və idmançılar həyata keçirməlidirlər”.

Qurban bayramının mahiyyəti zatən paylaşma, yardımlaşmadır. Necə ki Ramazan ayı bitdikdə Fitr bayramı qeyd olunur və bu, özünü fitrə zəkatının çıxarılması, ehtiyaclı insanlara paylanmasında ehtiva edir, eləcə də Qurban bayramında imkanı çatan, lap elə az imkanlı insan da imkansızlara istər qurbanlıq ət, istərsə də maddi köməklik formasında əl tuta bilər. Amma kiməsə “bunu etmə, bu, yaxşı deyil, o yaxşıdır”, deyərək mane olmaq doğru deyil. Yardımsevər insanlar kimsə desə də, deməsə də, köməyini əsirgəmir. Qeyrisi isə nə qədər söylənsə də, özünün məqbul saydığını edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri