Icma.az
close
up
RU

Neft Fondu 127 ton qızıl alıb

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ötən ilin 9 ayı ərzində 1 milyard 929 milyon dollar dəyərində 25 ton qızıl alınıb. Əlavə alışlar və qızılın qiymət artımı nəticəsində, 2024-cü ilin 3-cü rübünə ARDNF-nin investisiya portfelində qızılın ümumi miqdarı 127 ton və ya 10 milyard 845 milyon dollara yüksəlib və beləliklə qeyd edilmiş tarixə portfelin 18 faizini təşkil edib”.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, qızıl ehtiyatlarının artırılması xarici valyuta ehtiyatlarının şaxələndirilməsi ilə yanaşı, risklərin azaldılması baxımından da strateji əhəmiyyətə malikdir: “Qızıl inflyasiyadan qorunmaq üçün effektiv vasitə olaraq, xüsusən iqtisadi qeyri-müəyyənlik və artan geosiyasi risklər dövründə rezervlərin dəyərini qorumaq üçün mühüm rol oynayır.

Bundan əlavə, qızılın tarixən dəyər saxlayan bir aktiv kimi etibarlılığı onu xarici valyuta rezervlərində əhəmiyyətli yerə sahib edir. Son dövrlərdə yalnız Azərbaycan deyil, dünyanın bir çox ölkələri qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, mərkəzi bankların qızıl ehtiyatları 2024-cü il ərzində ümumi ehtiyatların təxminən 11 faizini təşkil edir ki, bu da 2008-ci ildə mövcud 6 faizlə müqayisədə kəskin artım deməkdir. Çin, Hindistan, Türkiyə və bir sıra digər ölkələr qızıl ehtiyatlarını artıraraq, valyuta ehtiyatlarını daha da şaxələndiriblər”.

ARDNF-nin xaricdə ümumi daşınmaz əmlaka sərmayəsi barədə danışan icraçı direktor qeyd edib ki, daşınmaz əmlak investisiyaları inflyasiyaya qarşı mühüm müdafiə vasitəsi rolunu oynamaqla bərabər ümumi portfelin diversifikasiyasına xidmət edən bir aktiv növüdür və dünyanın bir çox suveren fondlarının investisiya portfellərində yer alır. ARDNF daşınmaz əmlak investisiyalarına 2012-ci ildə başlayıb və hazırda dünyanın 40-dan çox ölkəsində investisiyaları mövcuddur. ARDNF-nin daşınmaz əmlak portfelinin təxminən 40 faizi Şimali Amerika, 39 faizi Avropa, digər hissəsi isə, əsasən, Asiya və Sakit Okeanı hövzəsi regionunda yerləşir: “Xüsusilə qeyd edilməlidir ki, portfelin böyük hissəsini müştərək investisiyalar təşkil edir (fondlar vasitəsilə edilən) və sözügedən investisiyalar qlobal miqyasda geniş təcrübəsi olan nüfuzlu şirkətlərlə birgə həyata keçirilir. Daşınmaz əmlak portfelinin hazırkı dəyəri 3,5 milyard dollara bərabərdir və investisiyalara başlanan tarixdən etibarən bu portfel üzrə kumulyativ olaraq 78 faizdən çox gəlir əldə edilib”.

2024-cü il ərzində isə ARDNF-nin daşınmaz əmlak portfeli üzrə ümumilikdə 200 milyon dollar həcmində yeni investisiya qoyuluşu həyata keçirilib. Bu investisiyalara dünya miqyasında tanınan PGIM və “Brookfield” şirkətlərinin müvafiq olaraq Asiya və Sakit Okeanı hövzəsi regionunda fəaliyyət göstərən və Amerika, Avropa və Asiya regionları üzrə qlobal investisiyalar həyata keçirən fondları daxildir: “Həmin fondlar ənənəvi və alternativ daşınmaz əmlak sektorlarında investisiyalar həyata keçirəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see300

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see276

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see272

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see265

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see259

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see249

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see242

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see235

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see233

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see229

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see225

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see223

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see213

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see209

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see209

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see201

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see194

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see190

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see184

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri