Icma.az
close
up
RU
Neft hələ bir müddət iqtisadiyyatda mühüm rol oynayacaq, lakin əvvəlki kimi təkbaşına inkişaf mühərriki olmayacaq

Neft hələ bir müddət iqtisadiyyatda mühüm rol oynayacaq, lakin əvvəlki kimi təkbaşına inkişaf mühərriki olmayacaq

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“Azərbaycan nefti bir əsrdən artıqdır ki, ölkənin iqtisadi inkişafında, siyasi mövqeyinin formalaşmasında və beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır. XX əsrin əvvəllərindən başlayaraq Bakı nefti təkcə regional deyil, qlobal enerji tarixinin də ayrılmaz hissəsinə çevrilib. Müstəqillik dövründə neft strategiyası Azərbaycanın dövlət quruculuğu prosesinin əsas sütunlarından biri kimi çıxış edib. Bu gün dəyişən qlobal enerji sistemi fonunda Azərbaycan neftinin gələcəyi diqqət mərkəzindədir”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, hazırkı mərhələdə neft hələ də ölkə iqtisadiyyatının əsas dayaqlarından biridir, hasilat və ixrac Azərbaycanın tədiyə balansına, valyuta gəlirlərinə və dövlət büdcəsinin formalaşmasına birbaşa təsir göstərir.

Əli Səlimov

İqtisadçı bildirib ki, Dövlət Neft Fondu vasitəsilə toplanan gəlirlər uzun illər sosial layihələrin maliyyələşdirilməsində, infrastrukturun qurulmasında və strateji ehtiyatların yaradılmasında istifadə olunub: “Son illərdə hasilatın artım tempinin zəifləməsi və qlobal bazarlardakı qeyri-müəyyənliklər mövcud modelin uzunmüddətli dayanıqlığını yenidən gündəmə gətirib.

Azərbaycan neftinin gələcəyi ilə bağlı əsas risklər bir neçə istiqamətdə cəmlənir. İlk növbədə, dünya bazarlarında neft qiymətlərinin kəskin dalğalanması iqtisadi sabitlik üçün ciddi çağırış yaradır. Qiymətlərin siyasi qərarlardan, geosiyasi gərginliklərdən və qlobal tələbdən asılı olması neft gəlirlərinə uzunmüddətli planlama baxımından risk gətirir. Digər mühüm amil mövcud yataqların yaşlanmasıdır. Mövcud risklər fonunda müəyyən imkanlar da formalaşır. Azərbaycan qaz ehtiyatları və mövcud ixrac infrastrukturu sayəsində regional enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edir. Qaz faktoru, xüsusilə Avropa bazarlarında alternativ mənbə axtarışlarının artdığı bir dövrdə strateji əhəmiyyət qazanır”.

Əli Səlimovun fikrincə, yeni texnologiyaların tətbiqi, hasilatda səmərəliliyin artırılması və mövcud yataqlardan daha effektiv istifadə imkanları neft sektorunun ömrünü müəyyən qədər uzada bilər.

“Son illərdə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar bu istiqamətdə müsbət siqnallar versə də, real diversifikasiya hələ də əsas çağırışdır. Kənd təsərrüfatı, sənaye, logistika, turizm və rəqəmsal iqtisadiyyat kimi sahələrdə dayanıqlı artım təmin olunmadan neftdən asılılığın azaldılması çətin görünür. Azərbaycan neftinin gələcək taleyi, əslində, yalnız enerji sektorunun deyil, bütövlükdə ölkənin inkişaf strategiyasının taleyi ilə bağlıdır. Neft hələ bir müddət iqtisadiyyatda mühüm rol oynayacaq, lakin onun əvvəlki kimi təkbaşına inkişaf mühərriki olması getdikcə real görünmür. Əsas məsələ neft dövründən sonrakı mərhələyə nə dərəcədə hazırlıqlı olduğumuzdur”-deyə iqtisadçı qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri