Neft ilə təbii qazın hasilatı və ixracında azalma qeydə alınıb
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Xəbər verdiyimiz kimi, bu ilin ilk 9 ayında Azərbaycanda 19,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Yeniavaz.com Energetika Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 milyon ton və ya 3,86% azalıb.
Belə ki, ötən ilin ilk 9 ayında Azərbaycanda 20,7 milyon ton neft hasil edilib.
Qeyd edək ki, neft (kondensat) hasilatı “Azəri-Çıraq-Günəşli”də 0,2 milyon ton, “Şahdəniz” və SOCAR-ın hər biri üzrə isə 0,3 milyon ton azalıb.
Onu da bildirək ki, neft ixracı hasilatdan daha çox azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında neft ixracı 1,9 milyon ton və ya 10,96% azalıb.
Neft hasilatı ilə bərabər, təbii qaz hasilatında da azalma olub. Son bir ildə təbii qaz hasilatı 0,3 milyard kubmetr aşağı düşüb. “Azəri-Çıraq-Günəşli”də qaz hasilatı 0,6 milyard kubmetr artdığı halda, “Şahdəniz”də 0,3 milyard, SOCAR-da isə 0,6 milyard kubmetr azalıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında təbii qazın Avropaya ixracı 0,8 milyard kubmetr, Türkiyəyə ixracı isə 0,3 milyard kubmetr azalıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Xurma ixracında azalma qeydə alınıb
18 May 2026 18:01
Türkiyədən Rusiyaya avtomobil ixracında azalma qeydə alınıb
20 Dekabr 2024 15:40
Neft qaz sektorunda 1.8% azalma qeydə alınıb Baş nazir
09 Dekabr 2025 13:24
Neft ixracında antirekord
17 Sentyabr 2026 08:52
Azərbaycanın ixracında neft qazın payı 69 faizə düşüb
17 Avqust 2026 12:33
Baxış sayı:116
Bu xəbər 15 Oktyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















