Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Neft ixrac edən ölkələrin gəlirləri artsa da...

Neft ixrac edən ölkələrin gəlirləri artsa da...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ING Group” və “Financial Times” qlobal ticarət zəncirinin pozulması nəticəsində malların kəskin bahalaşacağını ehtimal edir

“ING Group” ekspertləri hesab edirlər ki, qlobal bazarlarda neftin qiymətinin artması ixrac yığımları üçün yaxşı fürsət vəd edir. Belə ki, neftin bir barelinin 10 dollar bahalaşması Azərbaycanın illik ixrac gəlirlərini təxminən 3 milyard dollar artırır. Bu isə ölkə iqtisadiyyatı üçün təxminən ÜDM-in 4 faizi həcmində əlavə gəlir deməkdir. Həmçinin, enerji ixracından əldə edilən əlavə maliyyə resursu Azərbaycanın ticarət balansını da gücləndirə bilər. Eləcə də, digər Xəzəryanı ölkə olan Qazaxıstanın illik ixrac gəlirlərini təxminən 6 milyard dollar artıra bilər. Bu isə ölkə ÜDM-nin təxminən 1,8 faizi həcmində əlavə gəlir yaradır.

Xatırladaq ki, İran ətrafındakı hadisələr, eləcə də ABŞ və İsrailin İranda hərbi əməliyyatlara başlaması, nəticədə, Yaxın Şərqdə yaranan vəziyyət dünya bazarında neftin qiymətini kəskin artırıb. İranın Hörmüz boğazını və Fars körfəzini bağlaması, qonşu ölkələrin neft-qaz infrastrukturuna zərbələr endirməsi dünyada nefti və qazı da bahalaşdırıb. Azərbaycan nefti də son günlər sürətli bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin qiyməti fevralın ikinci yarısında 68-74 dollar aralığında olduğu halda, martın ilk həftəsində 80-86 dollar civarında satılmaqdadır. Bir sözlə, bir həftə ərzində Azərbaycan nefti təqribən 15 dollar bahalaşıb. Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsində neftin qiyməti 65 dollardan götürülüb. Hazırda neftin bazar qiyməti büdcədəki qiymətdən, təxminən, 20 dollar çoxdur. Bu vəziyyət isə büdcə neft gəlirlərinin əhəmiyyətli həcmdə artımını təmin edir.

Azərbaycanın neft satışından gəlirləri 3 milyard dollar arta bilər

Dünyanın nüfuzlu iqtisadi institutlarından olan Niderlandın “ING Group” regionda baş verən son hadisələr və geosiyasi situasiyalar, proseslərin Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlı gözləntilərini açıqlayıb. Qeyd edilir ki, Yaxın Şərqdə gərginliyin artması və enerji bazarlarında risklərin yüksəlməsi fonunda neft qiymətlərinin artması region ölkələrinin iqtisadi göstəricilərinə müxtəlif istiqamətlərdə təsir edir. Tədqiqat institutunun ehtimallarına görə, mövcud ssenarilər enerji ixrac edən ölkələr üçün müsbət nəticələr doğurur, o cümlədən Azərbaycanda iqtisadi artım və inflyasiya ilə bağlı ciddi narahatlıq yaratmayacaq, əksinə, enerji bazarındakı fraqmentasiyalar fiskal güc və əlavə resurs imkanları formalaşdıracaq.

Qlobal ərzaq böhranı dalğası başlayır

“ING”in fərz olunan digər ssenarisi isə enerji qiymətlərinin yüksəlməsinin neft və qaz idxal edən dövlətlərin iqtisadi sektorunda risk faktorları yaratması ilə bağlıdır. Ehtimallara görə, enerji qiymətlərinin artımı qlobal mühit üçün yeni inflyasiya riskləri yaratmaqla, idxalçı ölkələrin cari hesab balansına təzyiqləri artıracaq. İqtisadi artım və sənaye istehsalı üzrə tarazlığın pozulması nəticəsində xammal və əmtəələrin qiymətlərin bahalaşması istisna deyil. Regionda münqaişənin gərginləşməsi və Hörmüz logistikasındakı təchizat zəncirinin pozulması qlobal ticarət münasibətlərinin dinamikasını kəskin zəiflədəcək, sənaye və qida məhsullarının ixracında donmalar baş verəcək.

Böyük Britaniyanın “Financial Times” qəzeti bildirir ki, müharibə dünyanın ən böyük istehsalçılarından birinə təzyiq göstərdiyindən artıq sənaye, xammal və digər aqrar əmtəələrin qiymətləri kəskin şəkildə artır, təchizatda fasilələr belə davam edərsə, qarşıdakı 6-10 həftə içərisində kənd təsərrüfatı malları 30 faizdən çox bahalaşacaq, əsas qida məhsulu olan un və çörəyin qiyməti də kəskin arta bilər.

Qəzetin analitikləri qeyd edir ki, iri treyderlər, ticarət şirkətlərinin rəhbərləri artıq həyəcan təbili çalırlar, kənd təsərrüfatı holdinqləri xammal böhranı ilə üzləşməkdədir. Aqrar sənayedə istifadə olunan karbamid və mineral gübrələrin təxminən 35 faizi Hörmüz boğazından keçir. Karbamid və azot gübrəsi qlobal qida istehsalının təxminən yarısına təsir edir. Bu marşrutla həmçinin fosfat gübrələrinin istehsalında əsas komponent olan kükürd ixracının 45 faizi və əsas xammal komponenti olan ammonyak da daşınır. Dünya bazarında əsas xammal təchizatçılarından olan “Qatar Energy” şirkət artıq kükürd, ammonyak və karbamid istehsalını dayandırdığını bildirib. “Argus” şirkətinin gübrə qiymətləri üzrə rəhbəri Sara Marlovun sözlərinə görə, İran özü münaqişə səbəbindən ammonyak istehsalını dayandırıb, regiondakı digər ölkələrdəki istehsalçılar isə gəmilərin Hörmüz boğazından keçə bilməməsi səbəbindən istehsalı azaltmağa məhkumdur.

Aqrar istehsal sektorunun iri təchizatçıları təşviş içindədir, Avropanın ən böyük gübrə şirkəti olan “Yara”nın baş direktoru Svein Tore Holster bildirib ki, bu vəziyyətin qarşısı alınmasa, qlobal qida istehsalı üçün arzuolunmaz ciddi problem yaranacaq. “Lyndon B. Johnson” institutunun qida sistemləri üzrə mütəxəssisi Raj Patelin sözlərinə görə, təchizatda fasilələr davam edərsə, çörək qiymətləri apreldə, yumurta may ayında, ət və broyler toyuğu, süd və süd məhsulları, yağın qiymətləri kəskin arta bilər. Bu isə COVİD-19 pandemiyasından da fəlakətli qlobal ərzaq fırtınası deməkdir.

Mərkəzi Bank anti-inflyasiya tədbirlərini nəzarətdə saxlayacaq

Yeri gəlmişkən, Mərkəzi Bank (MB) da bölgədə yaranmış geosiyasi gərginliklərin Azərbaycanın xarici ticarət tərəfdaşları olan ölkələrdə makroiqtisadi mühitə, o cümlədən bazar infrastrukturlarına ciddi təsirləri ilə bağlı ehtimallarını açıqlayıb. MB hesab edir ki, Yaxın Şərq regionunda baş verən son hadisələr fonunda dollar indeksinin möhkəmlənməsi və bu şəraitdə manatın nominal effektiv bahalaşması ticarət tərəfdaşlarında inflyasiyanı neytrallaşdıra bilər. Qeyd edilib ki, qlobal enerji qiymətləri ticarət tərəfdaşlarında, xüsusilə də enerji idxalçısı olan ölkələrdə istehsal xərclərinə təsir göstərir. Neft və qaz qiymətləri üzrə davamlı artım müşahidə olunarsa, ticarət tərəfdaşlarında inflyasiya arta bilər. Ancaq baş verənlər Azərbaycanın makroiqtisadi sabitliyi üçün ciddi təhdid yaratmayacaq. Son hadisələr fonunda dollar indeksinin möhkəmlənməsi və bu şəraitdə manatın nominal effektiv məzənnəsinin artması ticarət tərəfdaşlarında inflyasiyanın artımını neytrallaşdıra bilər. “Son proseslərin ölkədə makroiqtisadi sabitlik və maliyyə sabitliyi üzrə hər hansı bir ciddi təhdid yaradacağını ehtimal etmirik. Bu, baş verərsə əvvəlki illərin təcrübəsi əsasında deyə bilərik ki, AMB hökumətlə birlikdə effektiv şəkildə bu təhdidlərə qabaqlayıcı reaksiya verəcək”.

Onu da xatırladaq ki, hazırda qlobal bazar konyukturası üzrə təhlillər apararan MB bir müddət əvvəl dünya iqtisadiyyatında müxtəlif geoiqtisadi dəyişikliklər fonunda cari ildə anti-inflyasiya tədbirlərinin əsas prioritetlərindən biri olacağını bəyan edib. Mərkəzi Bank öz mandatına uyğun olaraq zəruri nəzarət alətlərini davam etdirəcək, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması və bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi tədbirləri cari il üçün aktual olacaq. Bu baxımdan hökumət strukturları ilə koordinasiyalı şəkildə ehtimal edilə bilər risklər nəzərə alınaraq xərclərdə maksimum ehtiyatlı davranış modeli nəzarətdə saxlanılacaq, izafi pul kütləsi yaranmasının qarşısı alınacaq.

Monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də əsas çağırış kimi hökumətin iqtisadi blokunun masasında olacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Mart 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri