Neft qiymətləri 66 dollara qədər ucuzlaşacaq ABŞ Energetika Nazirliyi
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Brent markalı neftin qiyməti 2026-cı ildə 2025-ci ilə nisbətən 11 faiz azalaraq 74,31 dollardan 66,46 dollara düşəcək.
Turkustan.az xəbər verir ki, bu, ABŞ Energetika Nazirliyinin proqnozunda əksini tapıb. Nazirliyə görə, buna kommersiya neft ehtiyatlarının artması səbəb olacaq.
Bundan əlavə, Energetika Nazirliyi cari ildə ölkədə neft hasilatı proqnozunu sutkada 30 min barel artıraraq 13,55 milyon barelə çatdırıb. 2026-cı ildə agentlik ABŞ-da neft hasilatının sutkada 13,62 milyon barelə qədər artacağını gözləyir.
ABŞ Energetika Nazirliyinin ekspertlərinin fikrincə, yaxın iki ildə neft təklifinin ona olan tələbatı üstələməsi səbəbindən neftin qiyməti aşağı istiqamətli təzyiq altında olacaq. Belə ki, qurumun təqdim etdiyi məlumatlara görə, neft təklifinin artımı 2025-ci ildə tələbin artımını sutkada 0,5 milyon, 2026-cı ildə isə sutkada 0,4 milyon barel üstələyəcək. Bundan əlavə, qlobal kommersiya neft ehtiyatları bu il 0,3 milyon barel, gələn il isə 0,7 milyon barel artacaq.
Bütün bunlar, hesabatda vurğulandığı kimi, Brent neftinin qiymətinin 2025-ci ildə 8 faiz, 2026-cı ildə isə daha 11 faiz azalmasına səbəb olacaq.
WTI markalı xam neftin qiyməti 2025-ci ildə 70,31 dollar, 2026-cı ildə isə 62,46 dollar səviyyəsində proqnozlaşdırılır. /Musavat.com/
Baxış sayı:84
Bu xəbər 15 Yanvar 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















